Güclü Beyin Üçün Nələr Lazımdr?

0
6194
Güclü Beyin Üçün Nələr Lazımdr?

Unutqanlıq, hal-hazırda uşaqlardan yetkin şəxslərə qədər hamımızın yaşadığı bir haldır. Texnologiya və elm sayəsində artan mobil telefon və kompüter istifadəsi, stress, səs və gurultu, gərgin iş tempi, nəzarətsiz qidalanma, yuxu nizamsızlığı unutqanlığa uzanan pillələrdən yalnız bir neçəsini yaradır. Unutqanlığın qarşısını almaq üçün yaddaşın güclü tutulması lazımdır.

Güclü bir yaddaş üçün edilməsi lazım olanlar nələrdir?
 
Stress Nəzarəti
 
Unutqanlığa səbəb olan halların başında stress gəlir. Həddindən artıq stress beynin yaddaş hissələrini darmadağın edir. Bu səbəblə stress və narahatlığımızı nəzarət altına almalı, mümkün olduğu qədər sakit qalmağa çalışmalıyıq. Depressiv olma, əsəbilik, aqressiv davranışlar göstərmək, qəzəbli ruh halı stresi şərtləndirən başlıca amillərdəndir. Bu kimi əməllər görmək əvəzinə zehni qarışıqlığa səbəb olan stressi nəzarət altına almağa çalışmalıyıq.
 
Zehni Fəaliyyətlər
 
Zehni fəaliyyətlərdə olmaq unutqanlığın qarşısını almaqda mühüm rol oynayır. Xəyal qurmaq, kitab oxumaq, tapmaca həll etmək, zəka inkişaf etdirən oyunlar oynamaq, yeni bir hobbi yaratmaq zehni düşünmə və araşdırmağa istiqamətləndirəcəkdir. Unutqanlığı azaldacaq beyin məşqləri edərək yaddaşımızı möhkəmləndirməliyik.
 
Sağlam Qidalanma
 
Vitamin və mineralların çatışmazlığı yaddaşda zəifləməyə və buna bağlı olaraq düşünmə itkisinə səbəb olur. B12 və C vitamini kimi vitamin və mineralların kifayət qədər qəbul edilməsi qayğı, narahatlıq və stresi azaltmağa köməkçi olur. Antioksidan vitaminlər isə sinirlər və digər beyin quruluşlarına ziyan verən sərbəst radikalları və reaktiv oksigen növlərini ortadan qaldıraraq mərkəzi sinir sistemi sağlamlığını qoruyur. Kalsium, yetərli istehlakı təmin olunmayanda yaddaş itkisinə səbəb olarkən, Omega-3 yağ turşuları, inflamasyonun verdiyi zərərlərə qarşı beyni qoruyur. Bu səbəblə qida istehlakında bir tarazlıq qurmağa diqqət göstərməliyik.
 
Alkoqol və narkotik istifadəsi, həddindən artıq kofein istehlakı zehni funksiyalara mənfi istiqamətdə təsir göstərir. Depressiya kimi psixiatrik xəstəliklər varsa, müalicə olmalıdır, həkim tövsiyəsi olmadan anti-depresian növlü dərmanları almaqdançəkinməliyik.
 
Yuxu Nizamı
 
Yuxu nizamı yaddaş funksiyası üçün olduqca əhəmiyyətlidir. Öyrənilmiş biliklərin xatırlanması, qayğı və narahatlığın azalması sağlam bir yuxu ilə mümkündür. Yuxu rejimi sayəsində zehni çıxış artacaqdır. Diqqətsizlik, müvazinət pozğunluğu, huşsuzluq kimi halların öhdəsindən gəlinməsi və yaddaş problemlərinin olmaması üçün yuxu intizamı təmin etməliyik.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN