Fərq yaradan ünsürlər...

0
3897
Fərq yaradan ünsürlər...

Fərq yaradan ünsürlər çox zaman kiçik detallarda gizli olur. Hətta o kiçik detallar bəzən nəticəni müəyyənləşdirirlər.  Uğur qazana bilmək üçün məhz həmin xırda lakin önəmli amillərin təsirinə qarşı ayıq olmaq lazımdır. Bu detalların vacibliyini izah edən fərdi inkişaf hekayəsinə baxaq:

İbrətlik Müdafiə
Məşhur vəkil Petrosellin uduzduğu yeganə məhkəmə iddiası... Hakim onu öz silahı ilə necə vurdu..?
 
Məşhur futbolçu həyat yoldaşını öldürməklə günahlandırılır. Futbolçu tutulmuşdu. Amma arvadının cəsədi ortada yox idi. Məhkəmə Amerika filmləri kimi idi. Futbolçu şübhəli kürsüsündə oturmuşdu. Qucaq dolusu pul ilə tutduğu vəkili hakimi razı salmağa çalışırdı:
“Möhtərəm hakim, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram.  Buna az sonra siz də inanacaqsınız. Indi mən 1–dən 10–a qədər sayacağam və öldürüldüyü iddia edilən qadın bu qapıdan içəri girəcək...”
 
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10...
 
Bütün heyət qapıya tərəf döndü. Heç kim içəri girmədi. Vəkil həqiqətən bir dahi idi. Öldürücü həmləsini etdi:
-Baxın, əslində siz də qadının öldüyünə inanmırsınız. Çünki, hamınız içəri girəcək deyə qapıya baxdınız. Bununla da qərar verərkən mənə inanmağınızı tələb edirəm. 
 
Hakim futbolçunu günahkar elan etdi və məhkəmə bu şəkildə başa çatdı. 
 
Məhkəmə bitdikdən sonra vəkil hakimə yaxınlaşdı: 
10 – a qədər sayarkən siz də digərləri kimi qapıya baxdınız. Bəs niyə belə bir qərar verdiniz?
“Doğru “– dedi hakim. “Mən də qapıya baxdım, amma təkcə müvəkkiliniz qapıya baxmırdı!”
 

ŞƏRH YAZIN