Ən çox rastlanan ünsiyyət xətaları

0
5142
Ən çox rastlanan ünsiyyət xətaları

Günahlandırmaq 
Əgər birinə "sən hər zaman ..." və ya "heç bir zaman ..." deyə başlayan cümlələr qurdunuzsa ünsiyyət yanlışlarından birini etmisiniz deməkdir. Birini günahlandırmaq, o adamın dərhal müdafiəyə keçməsinə səbəb olur və siz bu adama hücum niyyətində deyilsinizsə belə qarşınızdakı adam bunu bir hücum hesab edəcək.
 
Lağ etmək
Doğru zamanda və doğru adama edildiyi zaman lağ etmək, zarafatlaşmaq əyləncəli və şən ola bilər amma, ciddi və gərgin bir danışıq əsnasında, bu cür sözlərdən istifadə etməməyə diqqət edin.
 
Davamlı dinləyib heç danışmamaq
Qarşınızdakına sanki bir divarla danışırmış hissi verməyin. Söhbət etdiyiniz adamla öz fikirlərinizi də paylaşın və şərhlər verin.
 
Qarşınızdakının hər istədiyinə tamam demək
Öz fikirlərinizi də karşınızdakı ilə paylaşmaqdan çəkinməyin, lazım olduğu zamanlarda haqqınızı müdafiə edin və qarşınızdakı adamın sizi manipulyasiya etməsinə icazə etməyin. Sizi əzən və düşüncələrinizə əhəmiyyət verməyən kəslərlə əlaqələrinizi kəsin.
 
Zehninizin oxuna bildiyini düşünmək
Qarşınızdakı insanın sizin hiss etdiklərinizi, siz ona söyləmədən, anlaya bilməsinə ümid etmək bir ünsiyyət səhvidir. İnsanların şüurunuzu oxuya bilmədiklərini ağlınızdan çıxarmayın.
 
Hər zaman sizin istədiyinizin olmasını gözləmək
Hər şeyin hər zaman sizin dediyiniz kimi olmasını istəmək bir problemdir. Başqalarına qarşı hörmət və nəzakətli olun.
 
Unutmayın, hər kəs bir-birindən fərqlidir! Buna görə də insanları anlamağa və lazımlı vəziyyətlərdə empatiya qurmağa çalışın. Bu şəkildə insanlarla ünsiyyətinizi qüvvətləndirəcəyinizdən əmin ola bilərsiniz.
 

ŞƏRH YAZIN