Əgər Varlı Olmaq İstəyirsizsə Bunları Edin

0
2313
Əgər Varlı Olmaq  İstəyirsizsə Bunları Edin

1.Hərəkətə keçin                                                                                                                                                                                  

Olduğunuz yerdə dayanıb və saymaq lazım deyil.Dərhal hərəkətə keçin.Öz gələcəyinizi dəyişə bilən bir işə başlayın.

 2.Oxumağa qarşı laqeyd olmayın
 
 Oxumağa üstünlük verin. Öyrəndiyinizin nə olduğu vacib deyil, əsas inkişafınız daimi olsun.
 
3.Tənbəllikdən əl çəkin
 
Siz işləyirsiz və evə gələn zaman sizin ilk fikriniz divanda uzanıb televizora baxmaq olur?Ancaq unutmayın ki sizin istirahət etdiyiniz zaman başqaları daşdan pul çıxartmış olacaqlar.
 
4.Dostlarınızı düzgün seçin
 
Əgər sizin dostlarınız indiyə qədər həyatda heç bir uğur əldə etməyiblərsə, o zaman onlardan uzaqlaşın.Sizi uğursuzluğa götürən səbəblərdən biri də məhz budur
 
5.Əlinizdəkinin dəyərini bilin
 
İnsanlar yalnız nəyisə itirəndən sonra ona dəyər verirlər.Əlinizdəkilərlə yetinməyi bacarın və dəyərini bilin.
 
6.Qədərini bilməyi öyrənin
 
Hər şeyin qədərini bilmək lazımdır Bu, xüsusən də pul xərcləməyi sevənlərə aiddir. Əgər siz də özünüzü belə hesab edirsizsə o zaman özünüzü ciddi nəzarətə alın və dəyişdirin.
 
7.Lazımsız xərcləri yığışdırın
 
Ay ərzində lazımsız yerlərə xərclədiklərinizi hesablayın.Məbləği görəndə şoka düşəcəksiniz. Bu səbəbdən də lazımsız xərclərdən imtina edin və yalnız alan zaman sizə lazım olanı əldə edin.
 
8.Pul yığmağa həvəsli olun
 
Sizin gələcəklə bağlı və ya  hər hansı istirahət planınız var?Və bu arzularınız reallaşmayıb?Bütün bunlar sizin il boyu lazımsız xərclərə yol verməyiniz və pul yığa bilməməyinizdən irəli gəlir.
 
9.Düzgün qənaət etməyi bacarın
 
Bildiyimiz qədərilə yaxşı keyfiyyətə malik olmayan geyimlər daha tez korlanmağa meylli olurlar və nəticədə, hər mövsüm geyim almaq məcburiyyətində qalırsız.Bütün bunlarda düzgün qənaət etməyinizin qarşısını alır.
 
 

ŞƏRH YAZIN