Düzgün Hədəf Qoymaq Üçün Nə Etməlisiz?

0
4053
Düzgün Hədəf Qoymaq Üçün Nə Etməlisiz?

Müvəffəqiyyətə çatmağın ən asan yolu hədəf və məqsədin olmağıdır.Məqsəd və hədəf hər bir uğurun açarı deməkdir.

İnsan qarşısına bir çox hədəf qoya bilər. Ancaq bəzən daha asan yolla , bəzən isə daha çətin yolla çatarıq hədəflərimizə. Lakin bu hədəflər işimizə motivə olmağımıza kömək edər və bizə istiqamət göstərər.
 
Hədəf  müəyyən etmənin məqsədi o hədəfə çata bilməkdir. Nəticəsi olmayan hədəflər qoymaq, zamanınızı və enerjinizi boş yerə sərf etməyinizə səbəb olar.Bunun üçün düzgün hədəf qoymaq lazımdır.
 
Düzgün hədəf qoymaq üçün nə etməlisiz?
 
1.Bunun üçün ilk öncə nə istədiyinizi dəqiq bilməlisiz.Hədəfiniz konkret və açıq olmalıdır. Bir hədəf əsla uzun və ya şablon olmamalıdır. Hədəfiniz belə olduğu zaman işlərinizin də gedişatını asanlıqla görə biləcəksiniz.
 
2.Hədəfinizin ölçüsünü bilməlisiniz.Hər şey qədərində olmalıdır.Həvəsinizin yüksək qalması üçün hədəflərinizə çatmağınız vacibdir.
 
3.Qarşınıza çatıla bilən bir məqsəd qoymalısız.Hədəfləriniz həqiqi və çatılan bir məqsəd olmalıdır.Çox yüksək və ya çox aşağı hədəflər qoymamağınız məsləhətdi Çünki zamanla bunları görməməzlikdən gəlib, hədəflərinizdən uzaqlaşa bilərsiniz. 
 
4.Şirkətinizin məqsədi və fikiri ilə əlaqəli bir hədəf qoymalısız.Mövzu ilə əlaqədar hər bir şey  olmalıdır.
 
5.Hədəfləriniz üçün mütləq vaxt  limiti olmalıdır.Hədəflərin bir başlama və bitmə zamanı olmalıdır. Son bitmə tarixi olmayan hədəflər və proqramlar göz ardı edilməkdən və təxirə salınmaqdan yan qaça bilməzlər.
 

ŞƏRH YAZIN