Çöl qazları və həyat dərsi...

0
8837
Çöl qazları və həyat dərsi...

Köç edən çöl qazlarının havada süzülərkən “V” şəkilli bir forma ilə uçduqlarını görmüsünüz. Çöl qazları niyə “V” şəklində uçar?

Elm adamları qazların niyə bu şəkildə uçduqlarını araşdırmışlar və bu məlumatlara çatmışlar:
1. “V” şəklində uçulduğunda, uçan hər quş, qanad çırpdığında arxasındakı quş üçün, onu qaldıran bir hava axını yaradırmış. Beləcə “V” şəkilli bir formada uçan qaz qrupu, bir-birlərinin qanad çırpışları nəticəsində ortaya çıxan hava axınını istifadə edərək uçuş zamanını 70%  nisbətində uzadırmışlar. Yəni, tək başına gedə biləcəkləri maksimum yolu qrup halında iki dəfə artırırmışlar.
Qısa nəticə: Müəyyən bir hədəfi olan və buna çatmaq üçün bir araya gələn insanlar, hədəflərinə daha asan və tez çatarlar.
 
2. Bir qaz, “V” qrupundan çıxdığı anda uçmaqda çətinlik çəkir. Çünki, digər quşların yaratdığı hava axınının xaricində qalmış olur. Bunun nəticəsində, mütləq şəkildə qrupa geri dönür və yoluna onlarla birgə davam edir.
Qısa nəticə: Əgər başımız bir qaz qədər çalışırsa, bizimlə eyni istiqamətə gedənlərlə informasiya mübadiləsini və əməkdaşlığı davamlı edərik.
 
3. “V”qrupunun başında gedən qaz heç bir hava axınından faydalana bilməz, buna görə digərlərinə nisbətdə daha tez yorular. Belə ki, yorulduqda ən arxaya keçir və bu dəfə dərhal arxasındakı qaz lider mövqeyinə keçir. Bu dəyişmə davamlı edilir, beləcə hər qaz qrupun hər nöqtəsində iştirak etmiş olur.
Qısa nəticə: Etdiyiniz hər işi, yeri və zamanı gəldiyində başqasına buraxmaq lazımdır.
 
4. Uçuş sürəti yavaşladığında arxadakı quşlar, daha sürətli getmək üçün öndəkiləri qışqıraraq xəbərdar edirlər.
Qısa nəticə: İrəliləmək və yol almaq üçün bəzən başqalarının xəbərdarlıqlarına ehtiyac duyarıq. Bundan inciməməliyik, əksinə, belə xəbərdarlıqları sevinc və təqdirlə qarşılamalıyıq.
 
5. Qrupdakı bir quş xəstələndikdə və ya bir ovçu tərəfindən vurulub uçmayacaq vəziyyətə gəlirsə, həmin quşa kömək etmək üzrə qrupdan iki qaz ayrılır və qorumaq üzrə xəstə (yaralı) qazın yanına gedir. Təkrar uça bilənə, ya da əgər ölsə, ölümünə qədər onunla birlikdə yaralı quşu əsla tərk etmirlər. Daha sonra özlərinə başqa bir qaz qrupu tapırlar. Heç bir qaz qrupu, özlərinə bu şəkildə qatılmaq istəyən qazları rədd etmir...
Qısa nəticə: Adam olmaq yalnız insanlara xas deyil...
 

ŞƏRH YAZIN