BORC PUL

0
7012
BORC PUL

Öz ölkəsinə qayıtmaq üçün pula ehtiyacı olan bir gəncə amerikalı fizik, filosof və dövlət adamı Benjamin Franklin belə bir məktubla cavab verir: “Əzizim! Sentyabr ayının 15-i tarixli məktubunuzu aldım. Vəziyyətinizə dair yazmış olduğunuz məktub məni olduqca kədərləndirdi. Bununla əlaqədar olaraq sizə on qızıl qiymətində bir çek göndərirəm. Bu bir bəxşiş deyil, borcdur. Elə düşünürəm ki, ölkənizə qayıtdığınız zaman bu borcunuzu ödəyə biləcək bir iş tapmaqda elə bir çətinlik çəkməyəcəksiniz. Orda sizin düşdüyünüz çətinliyə oxşar bir vəziyyətdə olan hər hansı yoxsula rast gəlsəniz, mənə olan borcunuzu o adama ödəyin. Beləliklə, həm məni razı salmış olarsınız, həm o zavallıya köməklik göstərərsiniz, həm də borcunuzu ən mənalı bir yolla ödəmiş olarsınız. Lakin borc verdiyiniz adama xahiş edirəm söyləyəsiniz ki, vəziyyətini yaxşılaşdırandan sonra sizdən aldığı pulu ehtiyacı olan başqa bir adama versin. Bax bu şəkildə bizim on qızılımız pis bir adamın əlinə düşənə qədər qoy bir-iki yoxsula, kasıba ondan bir fayda olsun. Bu yolla mən az pulla çox yaxşılıq eləməyin sirrini tapdım. Arzu elədiyim qədər yaxşılığım toxunacaq pulum olmadığı üçün belə bir yol seçmək məcburiyyətində qaldım. Vəziyyətinizin ən yaxın bir vaxtda yaxşılaşması üçün dua edir, sizə ehtiram göstərir, bununla da məktubumu sona çatdırıram”.

ŞƏRH YAZIN