7 duyğusal tələ

0
7534
7 duyğusal tələ

Psixoloqlar, insanların bizlərdən istifadə üçün duyğusal tələlər qurduqlarını söyləyirlər. Bunlar gündəlik ünsiyyət zamanı əksərən günahsız tələlərdir. Bir də bizdən bir şey əldə etmək istəyənlərin qurduqları duyğusal tələlər var ki, onlara diqqət etmək lazımdır. Biz sizə ipucları veririk: 

1. Günahkarlıq: "Bunları səndən eşitdiyimə inana bilmirəm. Bunu necə söyləyə bilərsən?"
2. Gözdağı: "Bu sənin üçün son şans. Məndən daha çox dəstək gözləmə."
3. Həvəsləndirmək (təhrik etmə): "Sənin kimi ağıllı və savadlı biri bu işin öhtəsindən mütləq gələr. Sən olmadan işlər getmir."
4. Qorxu: "Belə gedərsə bütün qazandıqlarını itirəcəksən. İşləri yoluna qoymaq üçün bu son şansındır, niyə riskə gedirsən?"
5. Maraq: "Bax, dünyaya bir dəfə gəlirsən. Sına. Sınaqmadan bilməzsən. Bəlkə də, nəticəsini görmədiyin üçün həmişə peşmanlıq duyacaqsan."
6. Sevilmə istəyi: "Hər kəs səndən bunu gözləyir. Əgər bu işi bacara bilməsən, hər kəs üçün böyük bir xəyal qırıqlığı olacaq."
7. Sevgi istismarı: "Məni sevsəydin ..." deyə başlayan bütün cümlələr...
 

ŞƏRH YAZIN