Seçim sizin əlinizdədir...

0
4462
Seçim sizin əlinizdədir...

Bir zamanlar dağın döşündə içində dörd böyük yumurta olan qartal yuvası vardı. Bir gün zəlzələ nəticəsində yumuratalardan biri diyirlənib aşağıda yerləşən toyuğun hininə düşür.

Toyuqlar qartalın yumurtasını qorumalı olduqlarını bilirdilər. Nəhayət, bir gün qartalın yumurtası çatlayır və içindən digərlərinə heç bənzəməyən qartal balası çıxır. Cücələr qartal balasını qəbul edirlər. Qartal balası yeni ailəsini çox sevirdi. Lakin hiss olunurdu ki, onun ruhu həmişə öz ailəsinin yanındadır.
Günlərin bir günü qartal balası başını qaldırır və səmaya baxır, dərindən ah çəkir. Çünki, səmada digər qartalların süzdüyünü görüb, deyir: kaş mən də belə süzməyi bacarardım...  
Cücələr isə onun bu sözünü gülüşlə qarşılayırlar və deyirlər: ”Sən heç vaxt onlar kimi uça bilməzsən. Çünki, cücəsən və cücələr heç vaxt uçmağı bacarmır”. Bu sözlərdən sonra qartal öz həyatını uçmaq arzusu ürəyində qalaraq davam edir. Nəhayət, qartal balası uzun müddət cücə kimi yaşadıqdan sonra ölür...
 
Nəticə: Sən nəyə inanırsansa elə də olacaqsan. Əgər sən nə vaxtsa qartal olmağı arzu etsən onda cücə olub – olmamağının heç bir fərqi yoxdur. Əsas olan kim olduğun deyil, özünü necə görməyin və hiss etməyindir! Qartal yaxud cücə olmaq isə sadəcə öz seçimindir...
 
 

ŞƏRH YAZIN