Nə İstədiyinizi bilirsinizmi?

0
4453
Nə İstədiyinizi bilirsinizmi?

Həyatda nə istədiyimizi anlamaq, dərk etmək çox önəmlidir. Niyə? Bunun bir neçə səbəbi var. 

Birincisi, həyatda nə istədiyimizi bildiyimiz zaman qarşımıza kor – koranə deyil, istəyimizə uyğun aydın məqsədlər qoyur və bu məqsədləri reallaşdırmağa çalışırıq. 
İkincisi, bu zaman özümüzə hörmət edir və olduğumuz kimi qəbul edə bilirik.
Üçüncüsü, bu halda biz digər şəxslərlə səmimi münasibət qurmağı bacarır və bu münasibətləri qoruyub saxlamağa müvəffəq oluruq.
Əgər istəyirsinizsə biliyiniz artsın və özünüzü inkişaf etdirəsiniz onda daim qarşınıza məqsədlər qoyun. Əslində real olan budur ki, heç kəs mükəmməl deyil buna görə də kiçik uğursuzluğa düçar olan kimi təslim olmaqdansa məqsədə doğru daha inamlı addımlarla irəliləməliyik. Çətinliyin olması təbii haldır, əksinə, əgər həmişə hər şey qaydasında olsaydı, çatmaq istədiyimiz hədəfimiz olmaz və həyatdan zövq ala bilməzdik. Buna görə də insan ilk olaraq özü özünü inkişaf etdirməyə çalışmalıdır. Fərdi inkişafın ən mühüm müsbət cəhəti də odur ki,  , insan təcrübə qazandıqca formalaşır, daha da kamilləşir. Həyat, cəmiyyət, insanlar  bizə qarşı həmişə ədalətli olmur amma biz çətinliklərin öhdəsindən necə gəlməyi bilsək onlarla birgə yaşamaq da daha asanlaşar və mənalı olar.
 
Həyatda nə istədiyimizi bilmək bizə kim olduğumuzu, gələcəkdə nə kimi müvəffəqiyyətlər əldə etmək istədiyimizi anlamağa da kömək edir. Bu, özümüzü olduğumuz kimi qəbul etməyin və öz istəklərimizi dərk etməyin ilkin şərtidir. 
 
Həyatda qarşımıza konkret hədəflər qoyub onlara nail olmaq üçün çalışdıqda biz həyatımızda müsbət dəyişikliklər etməyə və yaşayışımızı daha da yaxşılaşdırmağa çalışacağıq.
 
Həyatdan nə istədiyimizi bilsək biz başqaları ilə də sağlam və uzunömürlü münasibətlər qura bilərik. Bu halda biz onların çatışmayan cəhətlərini və ya fərqli xüsusiyyətlərini tənqid etmək əvəzinə anlayışla qarşılayar və onları olduqları kimi qəbul edərik.
 
Əgər nə istədiyinizdən tam olaraq əmin deyilsinizsə onda qələm və kağız götürün. Qarşınıza qoyduğunuz məqsədləri və onları necə reallaşdıracağınızı qeyd edin. Sizin üçün reallaşması daha vacib olan məqsədləriniz barəsində daha çox düşünün.
 

ŞƏRH YAZIN