Məqsədə doğru 5 əsas addım...

0
9064
Məqsədə doğru 5 əsas addım...

Hər birimizin müəyyən istəkləri var, əsas məsələ isə bu arzulara çatmaqdır. Məqsədə çatmaq həmişə asan olmur, bəs görəsən burada nə kimi hiylələr var? Ümumi olaraq məqsədə çatmaq üçün aşağıdakı beş ünsürün vacibliyini vurğulamalıyıq: 

1. Özünə inan
Özünə inam hər şeyə başlamaq üçün açar rolunu oynayır. Biznesdə və ya istənilən bir işdə uğur qazana bilmək üçün sadəcə peşəni sevmək kifayət etmir, eyni zamanda, özünə inanmaq da lazımdır. Inam arzuların reallaşması üçün təməldir. Bu təməl möhkəm olmalıdır ki, reallaşmış xəyalımızdan bir ömür boyu həzz ala bilək.
 
2. Məqsədə çatmağın yolunu düşün
Əgər hər hansısa məqsədə nail olmaq üçün çalışırsınızsa, əvvəlcədən işlərinizi planlaşdırmaq, hər bir addımı təsvir etmək vacibdir. Bu addımları bir anlıq gözünün qarşısında təsəvvür et. Bu həm planlaşdırmanı çox asanlaşdırar, həm də heç nəyi unutmamağa kömək edər. Öz addımlarınızı xəyalən düşündükcə siz nələrə ehtiyac duyduğunuzu görəcəksiniz. Vaxtı gələndə bu addımları edəcəksiniz, böyük ehtimal ki, “deja vu” (artıq görüldü) deyəcəksiniz və bu bir vaxtlar təsəvvür etdiyiniz faktlardan gəlir.
 
3. Yatmazdan əvvəl addımlarını planlaşdır
Bəli, yatmazdan əvvəl hər bir addımı dəqiqliyi ilə fikirləşmək sizi təkcə məqsədə çatmaq üçün yox, eyni zamanda, öz arzularınız haqqında düşünməyə vadar edəcək. Bir çox insanlar əksər zamanlarda öz məqsədləri və gündəlik həyatı haqqında fikirləşir, bu bizə nə edəcəyimiz haqqında təcrübə verir. Yatarkən beynimizin reallıq ilə fantaziya arasındakı fərqi ayırd etmədiyini bilirdinizmi?
 
4. Pozitiv ol, mübarizə apar və çalış
Əgər siz çalışmadan, işləmədən nəyinsə gerçəkləşəyəcəyini gözləyirsinizsə yanılırsız. Arzuları reallaşdırmaq üçün davamlı olaraq çalışmalı və maneələri dəf etməlisiniz. Sizin əlehinizə davranan, sizi təqdir etməyən insanlar həmişə olacaqdır. Sırf onların düşüncəsinə görə cəsarətsizlik etməyin, problemləri həll edərkən həmişə pozitiv olun. Hətta uduzduqda belə müsbət əhvalınızı qoruyun, problem də, ağrı da onsuzda keçəcəkdir. Unutmayın ki, eç kim itirmədən nəyəsə nail olmayıb. 
 
5. Sosial əlaqələrindən istifadə et və insanlarla danış
Məqsədləriniz və onlara necə nail olmaq haqqında insanlara danışmaqdan və nə planlaşdırdığınızı söyləməkdən çəkinməyin. Digər insanların da baxışı çox əhəmiyyətlidir və bəlkə də bir neçə məsələyə kömək edə bilərlər. Başqa insanlardan, yaxınlardan və dostlardan yardım istəmək, onların fikirlərini soruşmaq, həmin insanları önəmsədiyinizi göstərər. Amma diqqətli olun: sizi yolunuzdan döndərməyə çalışanlardan uzaq durun. 
 

ŞƏRH YAZIN