Hədəfə çatmağın 11 qaydası!

0
5989
Hədəfə çatmağın 11 qaydası!

1.Kağız üzərində olmayan hədəf, əslində mövcud deyil. Düşüncələrinizi kağıza yazın və tez – tez ona nəzər salın. Bu kağızı TV-ə, kompüterə yaxud soyuducuya yapışdıra bilərsiniz ki, göz önündə olsun. 

2. Hədəfinizi konkret şəkildə müəyyən edin, o mütləq bu suallara cavab verməlidir. Nə, harada və nə zaman?
 
3. Hədəfinizə çatmaq üçün vaxt məhdudiyyətli müəyyən edin. Müddətsiz hədəf – sadəcə arzudur.
 
4. Hədəfinizə nail olmaq sizdən başqa daha kimlərə fayda verə bilər? - bu haqda düşünün.
 
5. Hədəfinizi – təsdiq halında, indiki zamanda ifadə edin. (məs: mən ev alacağam yox, mən ev alıram.)
 
6. Hədəfinizi alt hədəflərə bölün və hədəfə nail olmaq üçün bu hissəcikləri ayrı – ayrılıqda həyata keçirin. Sonda hissələri tama çevirin, birləşdirin.
 
7. Məqsədə gedən yolda etdikləriniz və edəcəkləriniz üçün məsuliyyəti öz üzərinizə götürməyi bacarın.
 
8. Məqsədə gedən yolda əldə etdiyiniz nəticələri qeyd edin.
 
9. Hədəfi gerçəkləşdirmək üçün vasitələr haqqında deyil, konkret hədəf haqqında düşünün. Son təyinat məntəqəsini planlaşdırın və ona doğru gedin.
 
10. Hədəfinizə nail olduğunuz obrazı xəyalınızda canlandırın və bu obrazı beyninizə həkk edin. 
 
11. Uğur qazanacağınıza tam əmin davranın. Elə davranın ki, sanki, uğur sizdən yan keçə bilməz...
 

ŞƏRH YAZIN