Şagirdlərin Planlı İş Görməsi Lazımdır.

0
2718
Şagirdlərin Planlı İş Görməsi Lazımdır.

Bir çox şagirdimiz, birdən çox dərsi eyni gündə çalışmaq məcburiyyətində olmaqdan şikayətlənir. Ayrıca həm imtahanlara hazırlığı həm də məktəb dərslərini bir arada icra mövzusunda çətinlik çəkdiklərini söyləyir. "Necə çalışsam, hansına əvvəl başlasam, görəsən ikisini bir arada icra edə bilərəm, zamanı çatdıra bilərəm?" Kimi narahatlıq və Qərarsızlıqları gerçəkdə plansızlığın təbii bir nəticəsidir.

Ediləcək işlərin müəyyən bir müddət və nizam içinə salınmasına plan deyilir. Imtahanlara hazırlıq ciddi bir işdir. Bu işdə müvəffəqiyyətə çatmaq, planlı bir işlə mümkündür.
 
Planlanmış bir iş, hədəfə istiqamətli ediləcək işlərin təsirli bir şəkildə davam etməsini icra edər. Plan; "Necə", "nə vaxt" və "harada", "hansı dərsə hazırlaşa biləcəyinə" qərar vermə deməkdir.
 
Plansızlıq; tələbədə diqqətsizliyə, yorğunluğa, durğunluğa, istəksizliyə və dalmağa səbəb olur. Bu vəziyyət, tələbədə ruhi təzyiq, qərarsızlıq, işə motivasiya ola bilməmə və səmərəsiz iş kimi mənfi nəticələrə gətirib çıxarar. Bu problemlərin aşılması üçün planlı işin necə ediləcəyi çox yaxşı bilinməli və işlər planlı bir şəkildə icra edilməlidir.
 
Planlı işdə ediləcək ilk iş, iş müddətlərini təyin etməkdir. Yəni hansı dərsin hansı mövzusuna nə zaman çalışa biləcəyinə qərar verməkdir.
 
Planlar; gündəlik, həftəlik, aylıq və illik olaraq dəyişik şəkillərdə edilə bilər. Bir şagird ən azı bir gündəlik, bir də həftəlik plan etməlidir.
 
Plan edilərkən;
 
Gündəlik iş müddətləri dərslərə uyğun bir şəkildə edilməlidir.
 
Hansı dərsin hansı saatda çalışacağını qərarlaşdırmalıdır.
 
Öyrənilməsi çətin olan dərslər, zehinin qəbul etmə gücünün ən yüksək olduğu saatlara yerləşdirilməlidir.
 
Öyrənilməsi asan olan dərslər, zehinin yorulduğu və qəbul etmə gücünün zəiflədiyi saatlara yerləşdirilməlidir.
 
Hər şagirdin qəbul etmə gücünün ən yüksək olduğu saatlar fərqlilik göstərə biləcəyi kimi ümumiyyətlə zehinin istirahət vəziyyətdə olduğu səhər saatları təsirli öyrənmənin ən effektiv şəkildə ola biləcəyi saatlar olaraq qəbul edilməkdədir.
 
Planlaşdırma edilərkən, plana yerləşdirilən dərslərin məktəb dərslərindəki plana uyğun olması öyrənməyi artırır. Məsələn Bazar ertəsi günü məktəbdə riyaziyyat dərsi görülürsə evdə tətbiq olunan planda da bazar ertəsinin riyaziyyata ayrılması seçilən bir üsul olmalıdır.
 
İş günlərini planlarkən hər günün eyni saatlarına bərabər gətirilməsi şagirdin o saatlarda işə motivasiya olmasını təmin edəcək. Bu eyni zamanda diqqətin toplanmasına və zamanla şagirdin o saatlarda iş istəyinin oyanmasını təmin edəcək.
 
Planda yeməklərdən sonraya dərs çalışması qoyulmamalıdır. Ən az yarım saat ara verəcək şəkildə planlaşdırma edilməlidir; çünki yeməkdən dərhal sonra ediləcək bir iş effektiv olmayacaq.
 
Plan hazırlanarkən dərs iş müddətləri 45 - 50 dəqiqə tutulmalı və 10 dəqiqəlik aralar verilməlidir. Mütəxəssislər, ən təsirli iş üsulunun ara verilərək edilən işlər olduğunu ifadə etməkdədir. Ancaq, istirahət müddətinin 10 dəqiqədən çox olması, diqqətin dağılmasına və işə qarşı istəksizliyin artmasına səbəb olacağından bu müddət aşılmamalıdır.
 
Planlaşdırma edilərkən öyrənməyə bir-birinə yaxın dərsləri arxa arxaya qoymamaq lazımdır. Məsələn; riyaziyyat və fən dərsləri arxa arxaya gəlməsi yerinə, riyaziyyatla azərbaycan dilini arxa arxaya gətirəcək bir plan seçilməlidir. Qısacası bir yazılı dərslə bir şifahi dərs arxa arxaya gəldiyi bir plan daha uyğundur.
 
Plan yazılı hala gətirilməli və davamlı görülüb motivasiya olunan bir yerə asılmalıdır ki planlı işlə çıxılacaq hədəf hər an yadda olsun.
 

ŞƏRH YAZIN