Fiziki Olaraq Imtahana Hazır Olmaq

0
2530
Fiziki Olaraq Imtahana Hazır Olmaq

Imtahan səhəri həddindən artıq  və normaldan fərqli olaraq, səhər yeməyi yemək imtahan zamanı şagirdin vəziyyətini çətinləşdirə bilər. Bu səbəblə, uşaqlarımızın nə zaman yediyi vacibdir, amma daha vacibi onlarda səhər yeməyini vərdiş halına gətirməkdir. Uşağın səhər yeməyini yediyi gün ilə və yemədiyi gün arasındakı fərq 20%-dir.

Uşaqlar çox zaman  evdə səhər yeməyinə vaxtı olmadığı üçün məktəbdə yeyirlər. Ümumiyyətlə, uşaqlarımız nələri yeməlidir?
 
Avtomobillər nə ilə işləyir? Əlbəttə benzinlə. Avtomobil benzinlə işləyir və beynimizdə eyni qida şəkəri qlükozla eyni şeydir. Qlükoza, bal, bəhməz, üzüm, əncirdə tapılır və uşaq zəkası baxımından çox təsirlidir.
 
Həftədə bir dəfə yeyilən bir balıq insan sağlamlığı üçün və uşağınızın zehni inkişafı üçün faydalı olacaq. Balıq yeyən insanlarla yeməyənlər arasındakı fərq balıq yeyənlərin daha az depressiyaya girməsidir. Uşaqlar üçün, omeqa-3 və omeqa-6 vitaminləri balıqlarda ən çox yayılmışdır, belə ki uşaqların həftədə bir dəfə yeməsi faydalı olacaqdır. Balıq haqqında anaların ən böyük şikayəti evdən qoxu gəlməsidir. Baxın, ən yaxşı yolu qonşuya qonaqlığa gedin, ancaq balıq məndəndir deyin, qoxarsa qonşunun evin qoxsun!
 
Uşaqlarımızın gündə ən az 7-8 saat yatması lazımdır. Yol qəzaları nə vaxt baş verir? Şofer yuxusuzluğuna nəzarət edə bilmədiyi zaman olur. Uşağımız da yuxusuz bir vəziyyətdə yatsa, qəza şansını artırar. 8 saatdan artıq yuxu çox deyil. Yuxusunu ala bilməyən uşağın diqqəti sürətlə dağılır.
 
İbtidai sinifdəki uşaqlar 8-9 saat, dördüncü sinifdən sonra 7-8 saat yatmalı, kollec dövründə isə orta hesabla 7 saat yatmalıdılar.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN