Temperamentin Müəyyənləşdirilməsi Testi

0
17734
Temperamentin Müəyyənləşdirilməsi Testi

1. 

a) narahat, bir yerdə qərar tutmağı bacarmayan 
b) şən, həyatsevər
c) soyuqqanlı və sakit
d) utancaq, həyalı
2.
a) özünü ələ almağı bacaran 
b) enerjili, işgüzar
c) işdə dəqiq, ardıcıl
d) yeni şəraitdə özünü itirən
3.
a) hövsələsiz, səbirsiz
b) ehtiyatlı və tədbirli
c) başladığı işi axıra çatdırmayan
d) yeni insanlarla ünsiyyətdə çətinliklə üzləşən
4.
a) insanlarla ünsiyyətdə kəskin və düzgün
b) özünü yüksək qiymətləndirən
c) gözləməyi bacaran
d) öz gücünə inanmayan
5.
a) təşəbbüskar, qətiyyətli
b) yeniliyi tez tutmağı bacaran
c) boşuna danışmağı sevməyən
d) tənhalığı asan keçirən
6.
a) tərs
b) işlərində ardıcıl olmayan
c) rəvan və mimikasız danışığa malik
d) uğursuzluq zamanı məyus və ya tez özünü itirən
7.
a) vəziyyətdən çıxış yolu tapan, hazırcavab
b) uğursuzluqdan, pis xəbərdən tez təsirlənən
c) özünü ələ alan, hövsələli
d) özünə qapılmağa meylli
8.
a) Riskə meylli
b) yeni, müxtəlif şəraitə tez uyğunlaşan
c) başladığı işi axıra çatdıran
d) tez yorulan
9.
a) həmişə yox, arabir işləyən
b) hər bir yeni işə həvəslə başlayan
c) boş yerə gücünü sərf etməyən
d) zəif, bəzən pıçıltı səviyyəsinə enən nitqə malik
10.
a) kin-küsü saxlamayan, qorxan
b) iş onu maraqlandırmayanda asanlıqla ondan soyuyan
c) işə ciddi əməl edən
d) həmsöhbətinin xarakterinə zorla uyğunlaşan
11.
a) sürətli, qarışıq nitqə malik
b) yeni işə dərhal başlayan, bir işdən o birinə dərhal keçən
c) asanlıqla hisslərini idarə edən
d) göz yaşı tökməyə qədər həssas
12.
a) müvazinətsiz, hər işə tez qarışmağa meylli
b) yeknəsək, ağır işdən tez sıxılan, bezən
c) rəğbətləndirmə və cəzaya o qədər də əhəmiyyət verməyən
d) rəğbətləndirmə və cəzaya qarşı hədsiz dərəcədə həssas
13.
a) davakar
b) ünsiyyətli və həssas
c) kinsiz, xoşxasiyyət, ünvanına deyilən acı sözə güzəştə gedən
d) özündən və ətrafdakılardan şübhələnməyə meylli
14.
a) çatışmazlıqlara, qüsurlara dözməyən
b) dözümlü, işgüzar
c) öz münasibət və maraqlarında sabit
d) həssas və qəlbən tez inciyən
15.
a) ifadəli mimikaya malik 
b) sürətli, aydın mimikanın olması, hərəkətli nitq
c) işə gec başlayan, bir işdən o birinə tez keçən
d) çox həssas, hər şeyi ürəyinə salan
16.
a) hər hansı işə dərhal girişib, onu tez həll edən
b) gözlənilməyən mürəkkəb şəraitdə özünə sahib ola bilən
c) hamıya eyni cür münasibət bəsləyən
d) qapalı və ünsiyyətsiz, öz fikirlərini bölüşməyən
17.
a) yorulmadan yeniliyə cəhd göstərən
b) daim gumrah əhval-ruhiyyədə olan
c) hər şeydə səliqəni sevən
d) aktiv olmayan və cəsarətsiz
18.
a) kəskin, sərt hərəkətlərə meylli
b) tez yuxuya gedən və tez ayılan
c) yeni şəraitə çətinliklə uyğunlaşan
d) az fəal və itaətkar
19.
a) qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün inadkarlıq göstərən
b) məsələni həll edərkən çox vaxt tələsən
c) özünü ələ almağı bilən
d) asanlıqla təsir altına düşə bilməyən, başqasının halına acıyan, kömək göstərmək istəyən
20.
a) əhvalı kəskin dəyişkənliyə meylli
b) bəzən üzdən hərəkət edən, fikirlərinin yayınmağa meylli olması
c) adamları ən çox işgüzar olduğuna görə qiymətləndirməyə meylli
d) ətrafdakılardan onun halına yanmağı və köməklik göstərməyi gözləyən
Qeyd:  “a”, “b”, “c”, “d” variantlarını neçə dəfə seçdiyinizi sayıb, cavablar blankında qeyd edin və hər birini ayrılıqda 5-ə vurun. Məsələn, siz seçmisiniz:
a- 6 dəfə x 5=30
b- 3 dəfə x 5=15
c- 10 dəfə x 5=50
d- 1 dəfə x5= 5
Beləliklə, siz hər bir variantın faizlə miqdarını hesabladınız. Unutmayın ki, bütün variantların faizlə hesabı toplandıqda 100- ə bərabər olmalıdır.
Variantlar temperamentin tiplərini təmsil edir.
a- xolerik, b- sanqvinik, c- fleqmatik, d- melanxolik
Əgər hər hansısa bir variantda nəticə 40%-dən yuxarıdırsa, deməli o temperament tipi sizdə üstünlük təşkil edir. 30-35% bal toplanıbsa, həmin tip xeyli nəzərə çarpır. 21-29% bal toplanıbsa bu tipi də nəzərdən qaçırmaq olmaz, 20% çox zəif nəzərə çarpır, 10% nəzərə alınmır. 
 

ŞƏRH YAZIN