Qaşların quruluşuna uyğun xasiyyət formaları

0
4074
Qaşların quruluşuna uyğun xasiyyət formaları

Bir-birindən aralı qaşlar – Rahatlığınıza xüsusi önəm verirsiniz. Güclü xəyal qurmaq qabiliyyətiniz var. Müstəqil olmağı sevirsiniz. Azadlığınızı əlinizdən alacaq hər şeydən uzaqlaşırsınız.

Bir-birinə yaxın qaşlar – Həssas birisiniz. Çox qısqancsınız.
 
Uzun qaşlar – Həyatı doyunca yaşamağı xoşlayırsınız. Nəyi nə vaxt edəcəyinizi bilirsiniz. Heç bir işi yarımçıq görmürsünüz.
 
Monoton həyat tərzi sizə görə deyil. Səbrlə işlərinizi yoluna qoymağı bacarırsınız.
 
Qısa qaşlar – Aktiv həyat tərzi keçirirsiniz. Cəsarətli və ələ düşən fürsəti dəyərləndirməyi bacaran birisiniz. Hər hansı bir məsələdə uzun-uzadı beyninizi yormursunuz. Hər mühitə asanlıqla uyğunlaşma qabiliyyətiniz var.
 
Yayşəkilli qaşlar – özünüzü o qədər də asanlıqla ifadə edə bilmirsiniz. Qarşınızdakı insan sizi başa düşməkdə çətinlik çəkir.
Müstəqil və nəzarət edilə bilməyən bir xarakterə sahibsiniz.
 
Yuxarıya doğru qalxan qaşlar – Əyləncəni sevən və şən birisiniz. Həyatda görə biləcəyiniz bütün işləri yerinə yetirmək istəyirsiniz. İstədiyim hər şey olsun, bacarmadığım iş qalmasın deyirsiniz.
 
Aşağıya doğru olan qaşlar – Özünüzə inamınız zəifdir. Asanlıqla xoşbəxt olmursunuz. Görmək istədiyiniz işi yerinə yetirə bilməyəndə daha da əhvalınızı korlayır və özünüzü məğlub olmuş hiss edirsiniz.
 
Yuvarlaqşəkilli qaşlar – Həssas birisiniz. Hər hansı pis və ya yaxşı işin altından həmişə güclü şəkildə çıxırsınız. Bu isə sizə əzmkar görkəmi verir.
 

ŞƏRH YAZIN