Hər İnsanın Saçının Təbii Rənginə Görə Xarakterini Müəyyən Etmək Olur.

0
2894
Hər İnsanın Saçının Təbii Rənginə Görə Xarakterini Müəyyən Etmək Olur.

Hətta  saçların rənginə görə insanların xasiyyəti də dəyişirmiş. 

Sarışın saçlar
 
Sarışınlar dəyişikliyə meyllidilər, lakin çətinliyə düşən kimi əllərindəki işi buraxıb yeni iş arxasınca qaçır. Onlar enerjilərini düzgün istifadə edə bilmədikləri üçün tez yorulur, səbirsiz olduqları üçünsə tez və həvəslə işləyirlər.
Sarışınlar daim yenilik axtarışında olduqları üçün vəfasız, hətta sədaqətsiz olur. Onlar hakimlik etməyi, işlərində və şəxsi həyatlarında liderlik etməyi sevirlər. Belə saçlara sahib olanlar başqasının şəxsi həyatına qarışmadıqları üçün başqalarının da onlara müdaxilə etməsinə imkan vermir.
 
Kürən saçlar
 
Kürən saçlara sahib olanlar sarışınlara bənzəsələr də, onların arasında müəyyən fərqlər var. Kürən saçlılar sarışınlara nisbətən daha çox səbirsiz, tez sevinib, tez də kədərlənirlər. Sevinəndə hədsiz sevinir, kədərlənəndə hədsiz sıxıntı keçirirlər. Onları sarışınlardan fərqləndirən cəhət başqalarının həyatına maraq göstərmələridir. Qırmızı saçlılar dosttəbiətli və istiqanlı olurlar.
 
Qara saçlar
 
Tünd rəngli saçlar (bura qara və şabalıdı saçlar daxildir) həm quruluş, həm də xüsusiyyətlərinə görə sarışınlardan çox fərqlənir. Onlar ailəsinə bağlı, lakin bir az tənbəldirlər. Sarışınlarla müqayisədə qaraşınlar daha səbirli, tədbirli, düşüncəli, ağır və vasvası, sənət qabiliyyəti və sənət sevgisi qüvvətli, sadiq, dözümlü, doğru və dinə bağlı olur. Onların əksəriyyəti qüvvətli, orijinal fikirli, həvəsli, yaradıcı və hər növ qabiliyyətə malik insanlardır. Tünd saçı olanlar cəsur, səbirli olduqları kimi düşünməyi və düşündürməyi də çox sevirlər.
 

ŞƏRH YAZIN