Cazibə Qüvvəsi

0
6226
Cazibə Qüvvəsi

Parapsixoloji Bir Yanaşma:

Bir qəzet başlığı, sözünü edəcəyimiz universal qanunu çox dəqiq şəkildə izah edir: "İldırım qurbanı, ən çox qorxduğu şey tərəfindən öldürüldü." Bu qanun, ən sadə şəkildə desək, bənzərin bənzəri çəkdiyini ifadə edən Cazibə Qanunudur. Onun işləyişini hər gün görürük: hamama bir dənə çirkli qab qoyun, ona dərhal on dənə daha çirkli qab qatılacaq, küncə bir parça kağız atın, o künc qısa bir zaman içində atılan kağızlarla dolacaq. Hamımız, müəyyən bir dərəcədə bunun fərqindəyik. Fərqində olmadığımız şey isə, onun universal bir qanun olması səbəbiylə, hər yerdə etibarlı olmasıdır, düşüncələrimizdə belə.
 
Metafizik qruplar içində, düşüncələrinizin reallığı yaratdığı fikri çox tez duyulur. Bu vəziyyətdə, "Əgər düşüncələrim mənim realitəmi (həyatımı, reallığı)  yaradırsa, mənim reallığım nə üçün hər zaman tam olaraq mənim istədiyim kimi deyil?" sualı ortaya çıxır. Hesaba qatılmayan şey, Cazibə Qanunudur. Çünki mən nə zaman olmasını istəmədiyim bir şey üçün narahatlıq keçirsəm, Cazibə Aktı vasitəsiylə o şeyi tam olaraq üzərimə çəkərəm. Demək ki, qəzetdə sözü gedən adam, ildırım vurması narahatlığı və qorxusu ilə, qorxduğu hadisəni üstünə çəkmişdir.
 
Biz mənfiyə fokuslanma meylində olan bir cəmiyyətdə yaşayırıq. Vizual və yazılı mediamızın zamanının və yerinin çox az bir faizi müsbət, hadisələrə həsr olunmuşdur, böyük bir hissəsi isə, mənfi hadisələrə diqqət yetirir. Beləcə bizə, mənfi düşüncələri təşviq etməmiz öyrədilmişdir, hətta bizə onun "praktik" olduğu belə deyilmişdir. Elə isə biz nə zaman istədiyimiz bir şey düşünsək, bunu tez-tez izləyən düşüncələr, istədiyimiz şeyə nə üçün sahib olmadığımızın səbəbləridir. Əgər özümüzə "Mən lotoreyada qazanmaq istəyirəm" desək, bunu dərhal, "Bu qeyri-mümkündür, sənin qazanma şansın çox aşağıdır" kimi düşüncələr təqib edər.
 
Beləcə, bir düşüncə bir digərini məhv edər. Əgər həyatlarımız davamlı olaraq hər an hər şeyin ola bildiyi haldadırsa, bunun səbəbi, düşüncələrimizin davamlı olaraq hər an hər şey haqqında olmasıdır. Buna bir də bizim xaricimizdəki təsirləri əlavə edəcəyik.
 
Digər insanlar və onların bizim düşüncələrimiz üstündəki təsirləri nələrdir?
Bizlər, hər biri öz düşüncələriylə öz gerçəkliklərini yaradan digər varlıqlar tərəfindən əhatələnmişik. Çevrəmizdəkilərlə birbaşa, qarşılıqlı təsirdə oluruq və kütləvi informasiya vasitələriylə də daha çox saydakı insanlarla əlaqədə oluruq. Bizlər, qarşılıqlı olaraq bir-birimizi düşüncələrinə təsir edirik. Doğulduğumuz andan etibarən təsir altında qalmışıq. Hətta bəzi araşdırmaçılara görə, digər insanların düşüncələri yolu ilə doğulmadan əvvəl belə təsir altında qalmışıq. Beləcə biz, bizə yaxın olan biriylə paylaşdığımız yaradıcı bir düşüncəyə sahib ola bilərik; daha sonra da ikimiz birlikdə bu düşüncəni sınayar və inkişaf etdirə bilərik. Sonra hər birimiz bu təcrübəmizi bir neçə başqa kimsəylə paylaşarıq. Bu düşüncəylə yaradılan reallıq dərhal yüzlərlə insanın təsiri altında qalar. Bu vəziyyətdə, yaratdığımız reallığın originalına heç bənzəməməsinə təəccüblənməmək lazımdır.
 
Bu müzakirədən iki əhəmiyyətli məqam ortaya çıxmaqdadır. Birincisi, diqqətimizi istəmədiyimiz bir şeydən uzaqlaşdırmağa ehtiyac duyarıq. Istəmədiyimiz bir şeyi düşünməyin, onu çəkdiyini xatırlayın. İkincisi, əgər reallığımızın istədiyimiz şeylə daha çox eyni xəttdə olmasını istəyiriksə, o zaman düşüncələrimizi müsbətə, yəni pozitiv olana, daha dəqiq desək istədiyimizə kökləməliyik. 
 

ŞƏRH YAZIN