Nlp Diplom Proqramı

0
4495
Nlp Diplom Proqramı

NLP- beyni işlətmə üsullarıdır!

NLP Diplom Proqramı, öz daxilinizə etdiyiniz səyahətin və dəyişimin ilk addımıdır. Bu səyahət potensialınızın fərqinə varmanızı təmin edəcəkdir. Beynəlxalq səviyyədə müvəffəqiyyət qazanmış bu proqram, sizə məhdudlaşdırıcı inançlarınızdan və istəmədiyiniz vərdişlərdən azad olmanın yollarını göstərəcəkdir. Əsası riyaziyyatçı Richard Bandler və dilçi John Grinder tərəfindən qoyulan və elm olaraq qəbul edilən NLP, eyni zamanda ticari tərəfi olan sənət və uğur texnologiyasıdır.
NLP Diplom Proqramında, özünüzlə və başqalarıyla qurmuş olduğunuz ünsiyyəti təkmilləşdirməyi öyrənəcəksiniz. Bu təlimdə şəxsi potensialınızı ve resurslarınızı aşkar edib, necə daha effektiv şəkildə istifadə edəcəyinizi, yaradıcılığınızı təkmilləşdirməyi və yeni öyrənmə strategiyalarını həyata inteqrasiya etməyi, neqativ ruhi hallardan qurtulub sürətlə özünə inam və enerji dolu vəziyyətə gələ bilməyi və beləliklə həyat keyfiyyətinizi artırmağı öyrənirsiniz.
NLP Diplom Proqramını tamamladıqdan sonra NLP Practitioner treninq proqramına qoşulmaq imkanı qazanacaqsınız.
 
NLP Diplom Proqramında, təməl NLP bilik və texnikaları, nəzəri və tətbiqatlı olaraq verilir. Təlimin məqsədi, NLP texnikalarının gündəlik həyat içindəki problemli və yaradıcı istifadəsini təmin etmək olduğu kimi, istər şəxsi, istərsə iş həyatında insanlar arasıdakı ünsiyyət proseslərinin təsirini artırmaqdır.
NLP Diplom Proqramı, dünyanın ən nüfuzlu təşkilatları olan İNLPTA və MTİ standartlarında təqdim olunur!

NLP Diplom təliminin mündəricatı:
 
• NLP nədir?
• NLP-nin tarixi.
• Kalibrasiya.
• NLP-nin 4 prinsipi.
• Göz siqnalları.
• 6-lı dünya modeli.
• Ahəng qurma.
• NLP ünsiyyət modeli.
• Aynalama texnikası.
• Dildə emosional seçimlər.
• Dilin ilkin hökmləri.
• NLP necə fərq yaradır?
• NLP-nin fərziyyələri.
• Şərtlənmələr və öyrənilmiş çarəsizlik.
• Təmsil Sistemləri
• Alt modellər.
• Nəticə müəyənləşdirmə, hədəf qoyma.
• Meta proqramlar.
• Motivasiya.
• Fərqindəlik.
• Fikirlərin iyerarxiyası.
• Lövbər atma.
 
Bu gün ABŞ və Avropada 150-dən çox institut və 2 üniversitetdə NLP; təhsil, is dünyası, səhiyyə, fərdi inkişaf və ailə daxili ünsiyyət sahələrində istifadə edilir. Əsasında insan və onun sosiallığının, əlaqələr vəhdətinin yer aldığı bütün sahələrə tətbiqat imkanı olan NLP-dən təhsilini, həyatını, işini, münasibətlərini zənginləşdirməyi hədəfləyən və beynini arzuladığı nəticələrə nail olması üçün istənilən yöndə işlədəcəyini hesab edən bütün insanlar faydalanırlar.
Dünyada NLP-dən kim istifadə edir?
 
• İngiltərə Kral Ailəsi
• Nasa
• CIA
• ABŞ Ordusu
• Microsoft
• Amerikanın ən böyük 500 şirkəti
• Bir çox ölkə başçıları və siyasi xadimlər.
 
NLP Diplom sertifikat təlim proqramının əsas iştirak şərtləri:
 
NLP Diplom Proqramına qoşulmaq üçün, əsas ruhi və fiziki sağlamlığın yerində olması şərti vardır. Təlim, iştirakçıların hər hansı bir psixoloji narahatlığının olmadığını qəbul edir. NLP proqramları tıbbi və ya psixoloji terapiyanı əvəz etmir. Psixiatrik və ya Fiziki narahatlıq üçün əvvəlcə həkimə müraciət edilməsi tövsiyyə olunur.
İştirakçılar hər hansı bir qanunsuz təşkilat və ya təriqət üzvü olmadıqlarını təsdiq etməlidirlər.
Üzrlü səbəbdən təlimdə qismən iştirak edə bilməyənlərə, növbəti NLP Diplom Proqramlarında əlavə haqq ödəmədən qaçırılmış saatların bərpası üçün şərait yaradılacaqdır.
 
Proqram başa çatdıqdan sonra iştirakçılar imtahan verirlər. İmtahandan müvəffəqiyyətlə keçənlər NLP Diplom Sertifikatı almaq hüququ qazanırlar. Bütün sualları ən az 80% düzgün cavablandıranlar, imtahanı keçmiş hesab olunurlar. Kifayət qədər bal toplamayanlara imtahan vermək üçün əlavə şans veriləcəkdir. 
Proqram müddəti : 8 gun, 24 saat
Sertifikat : Beynəlxalq aləmdə tanınan MTİ (Mind Training İnstitute) Sertifikatı və Ümummilli nüfuza malik NLP CENTER-in Sertifikatı təqdim olunur.
Proqramın qiyməti : 490 AZN.
QEYD: MTİ Sertifikatından imtina edib, sadəcə "NLP CENTER”in Sertifikatı əldə etmək istəyənlər üçün sadəcə 390 AZN.
Ödəniş hissə-hissə, amma proqramın sonunadək ödənilmək şərti ilə aparıla bilər.
Qeyd: Təlim qiymətinə bütün tədris ləvazimatları və materialları daxildir. Breyk servisi təmin edilir.
Əvvəlcədən ən az 60AZN ödəniş aparıldıqda qeydiyyat başa çatmış hesab olunur.
Qeyd: Treninqin sadəcə ilk 2 günüdə iştirak edənlərə NLP SEMİNARINDA İŞTİRAKÇI sertifikatı verikləcəkdir. 2 günlük iştirak haqqı 80AZN təşkil edir.
İştirak məhdudiyyəti: Maksimum 20 nəfər.
 
Təlimçi: 
Babək Bayramov
 
Beynəlxalq Treninq Təşkilatı olan “Mind Training İnstitute” (MTI)da akkreditasiya olunmuş imtiyazlı təlimçi
NLP Master Trainer (MTI - Mind Training İnstitute),
TV Presenter,
Fərdi İnkiaş Ustadı,
Master Certified Coach (ICF, MTI, AC),
Usui Reiki Master Teatcher,
Emotional Freedom Technique - EFT Advanced Master (MTI),
Business & Life Coach/Trainer,
MOTIVATION SPEAKER
Sales Coach (MTI),
Student Coach (MTI),
Life Strategist,
Author
 
www.babekbayramov.com
www.motivasiya.com
www.cazibe.info
 
Qeydiyyat və məlumat üçün :
 
(012) 409-25-82
(055) 342-30-43 (Whatsap)
 
Ünvan:
Bakı şəhəri , Səbail rayonu, İçərişəhər Böyük Qala 22
 

ŞƏRH YAZIN