Şamil Süleymanlı:Mən hacıyam şanslara əlamətlərə inanmıram

0
3083
Şamil Süleymanlı:Mən hacıyam şanslara əlamətlərə inanmıram

Aktyorlar mələkdi.Onları sevib qorumaq gərəkdi. motivasiya.com saytının bu gün ki qonağı Azərbaycanın Xalq Artisti Şamil Süleymanlı. Uzun və faydalı ömür yolu keçən həmsöhbətimizlə onu uğura aparan yoldan danışdıq. Onunla bərabər ömür səhifələrini vərəqlədik.  Bu zirvəyə yüksəlmək təbii ki heç də asan olmadı Şamil müəllim gəlin oxucularımıza uğura gedən yolda hansı mərhələlərdən keçdiyinizdən danışaq. 

(Fikirləşir)Ən böyük bariyerler insanin öz içindədi bu çox çətin məsələdi.Mən olmuşam Mozalan satirik kinojurnalında inzibatçı.Filmlərə çəkiləndən sonra isə baş inzibatçı oldum müdür vəzifəsinə qədər yüksəldim.
 
İnzibatçı?Səhf etmirəmsə siz aktyorsuznuz axı ?
 
Uzun müddət inzibatçı işləmişəm. Mozalan kinojurnalında.Heç bilirsiz ora kimlər gəlib gedirdi (xəyala dalır)
 
Maraqlıdır bəs necə oldu ki Şamil Süleymanlı böyük tamaşaçı auditoriyasi qarşısında özünü təsdiq edə bildi?Milyonların sevimlisi oldu..
 
Baladadaşın İlk Məhəbbəti düzü orda ki oyunumdan xoşum gəlir.Sizə bir əhvalat danışım: İncəsənət Universitetinə təzə daxil olmuşam. Göynən gedirəm yerdə işim yoxdu.Ulduz olmuşdum.Elə oldu ki Rasim Balayevlə ikimizə də eyni rol oynamaq təklifi gəldi.Sonda isə mənim üzərimdə dayandılar.Kaş ki görərdiz (səsinin tonunu dəyişir gülə gülə təsvir edir) Qizlara deyirdim ki, məni seçdilər ən yaxşı mən bacarıram hamı istiyir ki, onun filmində mən oynuyum (fikrə gedir),sonra Rasim Balayevin oyununu gördüm utandım.3-cü kursa qədər elə bilirdim hər şeyin ən yaxşısın mən bilirəm heç Stanislavskini qəbul etmirdim (gülür)
 
Bəs o zaman nə baş verdi ki siz uğursuzluğu uğura çevirib həyatınızda dönüş nöqtəsi yarada bildiz?
 
Uğursuzluqlarımdan birini danışacam: Qızıl Uçurum filmində Cəlil ağanın dostu olaraq məni xaricə pulnan oxumaqa göndərir.Tətilə gələndə görürəm ki,Cəlil ağa milyarder olub, nefti fantan vurub.Biz gəlirik  həmin təzə evə  köhnə dostlar bizi qarşılıyır və Cəlil ağa deyir ki,bunlara aşağıda yaxşı süfrə aç.Köməkçidə deyir ki, niyə zalda yer var Cəlil ağa? Dostlar küsüb gedir. Mən də Cəlil ağaya deyirəm ki, duz eləmədin,qaytar uşaqları geri.O,tərs-tərs baxır mənə.Məndə gedirəm dostlarımın dalıyca.İndi həmin yeri çəkirlər ki, Turabov qanı qara gedir.(Müsahibim qamətini düzəldib həmkarının gedişini jestləriylə təsvir edir)Möhtəşəm Turabov düşür pilləkanlardan.Mənə də rejissor məqsəd qoyub ki, gedib ora çatmalisan.Gedib ora çatanda Turabov sərt baxışlarla mənə necə baxdısa qorxdum elə bildim ki düz oynamamışam  bir addım çəkildim geri. Düşündüm ki, Turabov desəki pisdi rejissor ona qoşulacaq qışqırtıları götürəcək və gözləmədiyim oldu. Turabov əlini qoydu çiynimə elə bildim bəyənmədi yazığı gəlib deyəcək uşaqdı eliyib eliyib və biz getdik.Stop deyiləndən sonra dedi ki çox gözəl oynadın əhsən.Qorxudan deyə bilmədim ki  doğurdan qorxmuşdum.Ona gorə belə etdim. Bax əslində uğursuz zənn etdiyim kiçik bir hadisəni  uğura çevirə bildim.
 
Sizlə müsahibə zamanı məndə belə bir sual yarandı və şəxsən cox maraqlıdı sizin bu suala cavabınız uğur şansa bağlıdı yoxsa zəhmətə?
 
Əgər zəhmətə desəm yalan olar, səmimi olmuyacaq. Desəm şansa yalan danışmış olacam.Zəhmətdisə zəhmət şansdısa şans.Mən hacıyam şanslara əlamətlərə inanmıram.Mən daima Allahı göydə hiss eləmişəm bilmişəm görmüşəm başqa nə deyim. 
 
Bəs onda Azərbaycanın Xalq Artisti Şamil Süleymanlıya görə uğur əldə etmənin,fərqlənməyin ən yaxşı yolu nədir?
 
Çalışmaq,pozitiv,olmaq özünə güvənmək təkəbbürlü olmamaq daima öyrənmək öyrənmək...
 
Təşəkkür edirik Şamil müəllim bizdə sizinlə söhbətdə çox şey öyrəndik.
 
 
Türkanə Babazadə

ŞƏRH YAZIN