Tənqid Taktikası

0
3993
Tənqid Taktikası

Qarşıdakının tənqidlərinizi sağlam şəkildə həzm etməsini istəyirsinizmi? Heç bir inciklik olmadan sizi dinləməsini və eşitməsini təmin etmək istəyənlər buyurun oxuyun. Tənqid etməyin 10 üsulu:

1. Baş vermiş hadisəni tənqid edin, onu törədəni yox.
Qarşıdakı insan elə başa düşməlidir ki, o, heç də pis və bacarıqsız adam deyil. “ Sən həmişə beləsən”, “Səndən başqa şey onsuzda gözləmirdim” kəlimələrini ümumiyyətlə unudun.
 
2. Sözü təklikdə deyin.
Unutmayın ki, kiminsə yanında qarşıdakının səhvini deyiriksə o insan utanır və pərt olur. Nəticədə də inciklik, narazılıq baş verir. Buna görə də sözünüzün kəsəri olsun deyə sözünüzü düzgün zamanda və uyğun şəraitdə, yəni təklikdə deyin.
 
3. Konkret olun.
Fikrinizi konkret şəkildə çatdırın. Uzunçuluq etdikdə məsələnin məğzi bir kənarda qalır. Əgər rəfiqənizin (dostunuzun) sizin sirrinizi saxlamadığına görə ona hirslənmisinizsə bunu birbaşa söyləyin, yoxsa “mən incimişəm ona görə ki…” , “belə alınmasaydı”… “Sən diqqətsizlikdən…” və s. kimi ifadələr məsələni uzadır.
 
4. Qərar qəbul edin.
Yaxud onun variantlarını təklif edin. Əks təqdirdə sizin tənqidlərinizin heç bir faydası və mənası olmayacaq.
 
5. Aqressiv olmayın.
Aqressiya aqressiya doğurur. Mütləq şəkildə təmkininizi qoruyun. Emosiyalarınızın sakitləşməsini gözləyin, bununla yanaşı fürsəti də əldən verməyin.
 
6. Sözü vaxtında deyin.
Dəmiri isti-isti döyərlər məsəli burda lap yerinə düşərdi. Məsələni uzatsanız sonra ümumiyyətlə heç nə deyə bilməyəcəksiniz, onda da kinli dəvəyə çevrilmə təhlükəsi ilə üzləşə bilərsiniz.
 
7. “ Buterbrod prinsipi”nə əməl edin.
Birinci tərifləyin, sonra iradınızı bildirin. Bu gərginliyi aradan qaldırar. Məs: ” Yoldaş Filankəs sizin əvəzedilməz keyfiyyətləriniz, işgüzarlığınız təqdirə layiqdir, lakin son vaxtlar işə gecikmələriniz sizin məsuliyyətiniz ilə üst –üstə düşmür. İnanıram ki, bir daha ciddi səbəblər olmasa belə hallara yol verilməyəcək”.
 
8. Dialoq qurun.
Qarşıdakının da fikrini öyrənin. Bəlkə, elə məqamlar var ki, heç siz onları bilmirsiniz. Bunları araşdırın, bəlkə tənqid ediləsi heç nə yoxdur.
 
9. Başqasının adından istifadə etməyin.
Ancaq özünüzdən sitat gətirin, öz firkinizi deyin.
 
10. Dayanmağı bacarın.
Danışdınız, analiz etdiniz , qərar verdiniz, bəsdir. Daha o mövzuya qayıtmayın.
 

ŞƏRH YAZIN