Sıfırdan Biznes Qurmaq Istəyirsinizmi?

0
5046
Sıfırdan Biznes Qurmaq Istəyirsinizmi?

Sıfırdan biznes qurmaq istəyirsinizsə, yazılanları nəzərdən keçirin və o zaman inanırıq ki, beyninizdəki bütün düşüncələr öz yerini tapacaq.

Çevrəniz
 
Çevrənizdəki insanlar qurduqları biznes ilə özlərini çox yuxarıdan aparırlarsa, onların izləri ilə getməyə tələsməyin. Bəxt onların üzünə güldüyü kimi sizin üzünüzə gülməyə də bilər.
 
Şan-şöhrət
 
Fikirləşirsiz ki, biznesmenin həyatı qlamur yığıncaqlardan ibarətdir? Linkedinin banisi Reyd Hoffman deyir ki, sıfırdan biznes uçurumdan düşmüş təyyarənin sıfırdan yığılmasına bərabərdir.
 
İdeya
 
Startap üçün ideya dərhal banka gedib kredit götürməyə səbəb deyildir. Belə ki, ideyaların yalnız 3%-i şirkətə çevrilir. Onların uğurlu olanları isə daha da azdır.
 
Özünüzə bu sualları ünvanlamağı unutmayın: Biznes üçün pulu hardan götürəcəksiniz?, necə və nə qədər müddətə qaytaracaqsınız? Bəs işi batırsanız neynəyəcəksiniz?
 
Gələcək sahibkarı nələr gözləyir?
 
Qazanc
 
Milyonçu olmazdan əvvəl bir neçə ili ancaq biznesin saxlanması üçün vəsait axtarışına sərf edəcəksiniz. Siz bir neçə il stabil gəlirsiz yaşamağa hazırsınızmı?
 
Uğursuzluq
 
Bir çox sahibkarların uğursuzluqla üzləşdiyi bir faktdır. Bu, onların bazarın ritmini tuta bilməməsindən və lazımi anda dəyişiklik etməməsindən irəli gəlir. Əksər hallarda, bu cür bacarıqlar insanda təcrübə ilə yaranır. Siz bunun üçün əsəb və pulunuzdan keçməyə hazırsınızmı?
 
Maliyyələşdirmə
 
Adətən, investorlar yoxlanılmış işlərə, perspektiv ideyalara sərmayə qoyurlar. Öz ideyanıza güvənirsiniz?
 
Uğurlu sahibkarın 3 xüsusiyyəti
 
Sıfırdan başlayan istənilən biznes özü ilə çoxsaylı problemlər də gətirir. Siz bu problemləri 100% həll etməyə hazır olmalısınız, əks halda işiniz alınmayacaq.
 
Hər şeyi həll etmək mümkün deyil. Bu zaman sizin ekstradan maliyyə dəstəyiniz olmalıdır. Lakin hər bir şeyi pulla həll etmək olmur. Özünüzə inanın və başladığınızı sonadək davam etdirin. Bu zaman uğur sizinlə olacaqdır.
 
Biznes problemləri gecə yuxunuzu qaçırır? Bu, biznesi sıfırdan başlamaq üçün işarədir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN