İşçi olaraq müdürü motivasiya etmək işçinin edə biləcəyi işlər arasındadır. Tapşırılan işləri böyük bir bacarıqla yerinə yetirmək və bu işi müdürə hər fürsətdə göstərmək onu motivasiya edəcəkdir.
Hörmət çox vacib bir qaydadır.
Müdürlə münasibətləriniz çox yaxşı ola bilər. Ancaq, ona qarşı hörməti mütləq itirməməlisiniz.Əgər işçi müdürə hörmət göstərsə müdir də işçiyə qarşılıqlı hörmət göstəcək.
İşçi sadəcə özünü düşünməməlidir
İşçinin iş saatlarından əlavə vaxtlarda da, tapşırılan işləri görməsi müdürün işçiyə olan güvənini artıracaqdır.Etibarlı işçi həmişə əl üstündə tutular.
Doğru olmaq
Həm müdür üçün , həm də işçi üçün doğruluq əsas dayaqlardan biridir. Yalançı olsanız, müdir sizi qovmaq üçün fürsət gözləyəcəkdir. Yerinizə yeni işçi tapan kimi sizi qovacaqdır.
Sadiqlik
Hər zaman dəyərləndirilməsə də, dürüstlük və sədaqət bir işçidə olmalı olan ən əhəmiyyətli xüsusiyyətlərdəndir.Öz işinizi qurana qədər müdirinizə qarşı sədaqətli və dürüst olsanız, getdiyiniz hər yerdə sizə qapılar açılacaqdır.