İşi Sona Qədər Bitirmək Üçün Nə Etməliyik?

0
1815
İşi Sona Qədər Bitirmək Üçün Nə Etməliyik?

1. İşlərin siyahısını tərtib edin. Qələm və vərəq götürün, xüsusi proqramı açın və görməli olduğunuz bütün işlərin elə indi siyahısını tutun. 10 dəqiqə fasilə verin, rahatlanın, axı siz artıq sizi narahat edən hər şeyi kağıza/ekrana doldurdunuz. Siyahıya qayıdın, ona tənqidi baxın: Sadalanan səbəblərdən hansı qeyd olunmuş işlərdən hansılarını sonunadək çatdırmağa mane olur?

2. Lazımsız olanı silirik. Siyahını bir daha oxuyun. Fikirləşin, bəs bu kitablar karyeranızda sizə kömək edəcək? Məqsədəuyğun olmayan işləri siyahıdan silin. Yaxşısı budur, həqiqətən vacib olan bir şeyə vaxt sərf edin.
 
3. "İki dəqiqə qanununu" yadda saxlayırıq. Time-menecmentdə belə bir prinsip var - "iki dəqiqə qanunu": 2-5 dəqiqəyə kimi vaxt tələb edən işlər dərhal yerinə yetirilir və silinirlər. Şkafın rəfini və ya hamamdakı rəfi qaydaya salmaq, paltarları paltaryuyan maşına atmaq - bunlar hamısı 5 (maksimum 10) dəqiqədən az vaxt  aparır. Cəmi yarım saat keçdi, ancaq artıq 5-dən 10-a qədər işiniz görülüb!
 
4. Siyahıda tənbəlliyin səbəb olduğu bütün bəndləri yaşıl rənglə qeyd edin. Bu, sona qədər təxirə saldığınız ən xoşagəlməz işlərdir, time-menecmentdə onlar "qurbağalar" adlanır. "Qurbağanı yemək", yəni sevilməyən işlərin öhdəsindən elə səhərdən gəlmək daha yaxşıdır. Məsələn, sizdən nəsə yazmağı tələb edirlər. Onu necə yazacağınızı ən xırda detallarla təsəvvür edin. Bunu edin və günün qalanını daha xoş vaxt üçün saxlayın.
 
5. Ən ağır və çətin işləri bölüşdürün. Əgər siz, nədən başlamalı olduğunuzu bilmirsinizsə, "fili" bölməyə çalışın, yəni işi bir neçə mərhələyə və ya işə bölün. Mərhələ nə qədər asan və tez yerinə yetirilirsə, o qədər yaxşıdır. Çünki sizcə şüurunuz hansını daha asan qəbul edəcək: 5 mürəkkəb və çox səy sərf edən iş, yoxsa 20 sadə, 5 dəqiqəlik işləri? Əsas qayda - onlara boş dəqiqələrdə qayıdın. Tutaq ki, siz fransız dilini öyrənmək qərarına gəlmisiniz. Səhər qrammatikadan bir qayda öyrəndiniz, gündüz 10 söz, axşam yeni öyrəndiyiniz sözlərlə bir neçə cümlə qurdunuz. Baxırsınız ki, bir neçə aydan sonra siz işgüzar fransız partnyorlarınızla artıq birtəhər danışa bilərsiniz.
 
6. Özünüzü tərifləyin. Görülmüş işlərin uzun siyahısı qədər heç nə sevindirib və həvəsə gətirmir. Ona görə də işi yerinə yetirən kimi cəsarətlə onu silin və buna görə özünüzü mütləq tərifləyin. Çətinliklərlə birgə alış-veriş etmək, xoş bir axşam keçirmək, şirniyyatla çay içmək kimi mükafatlar da olarsa, həvəsiniz artacaq.
 
7. Etdiyiniz işlərin yekununu çıxarın. Həftədə və ya ayda (kimə necə rahatdırsa) bir neçə saat ayırın və etdiyiniz işlərin yekununa nəzər salın. Siz görəcəksiniz ki, bir çox işlər sona çatdırılıb, bir neçə "qurbağa" yox olub, "fillər" isə yarıya qədər quruyublar. Özünüzü bir daha tərifləyib, yeni işlərin siyahısını əlavə edəcəksiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN