İş Sonrası Yorğunluğu Aradan Qaldırmanın Yolları

0
2624
İş Sonrası Yorğunluğu Aradan Qaldırmanın Yolları

Səhərin erkən saatlarında başlayan sıx iş tempi, axşam iş bitənə qədər heç ara vermədən və sürəti azaltmadan davam edir. Hər gün eyni templə çalışdığınızı düşünsək istirahət üçün yalnız həftə sonları kafi gəlməz. Hər gün iş bitimində tək istəyimiz, yaxşıca istirahət edib üzərimizdəki yorğunluğu atmaqdır. Əks təqdirdə həftənin ilk günləri enerjili olsaq da, həftənin son iş gününə doğru artıq enerjimizin  bitdiyini hiss edə bilərik.

Sıx bir iş gününün ardından iki cür yorğunluq meydana gələr. Bu bədən yorğunluğu və beyin yorğunluğudur. Ertəsi gün, günə dinc başlayıb bütün günü enerjili keçirə bilmək üçün hər iki yorğunluqdan təmizlənmiş olmağımız lazımdır. Təbii ki, bu yorğunluqları aradan qaldırmanın yolları da fərqlidir. Fiziki olaraq sıx bir işdə çalışan kəslərin daha çox bədənini dinləndirməsi lazımdır, beyin yorğunluğu yaşayanların isə zehinlərini rahatlaşdıracaq fəaliyyətlərə yönəlməsi lazımdır. Bu vəziyyətdə hər gün iş çıxışında hiss etdiyiniz yorğunluğu aradan qaldırmanın bir neçə yolu var. Budur sizə iş sonrası yorğunluğu aradan qaldırmaq üçün 5 ipucu:
 
1. İlıq bir duş gün ərzində əzgin olan bütün bədəninizi qısa müddətdə rahatlaşdıracaqdır. Və su ilə birlikdə bütün bədən yorgunluğunuz axıb gedəcəkdir. Ancaq burada diqqət yetirməniz lazım olan bir mövzu var. Sıx günün ardından yorğun düşən bədəniniz üçün bir mükafat olan ilıq duşun dadını çıxartmaq lazımdır. Tələsik bir şəkildə edilən duş sizi dinləndirməz. Bunun üçün müəyyən bir zaman ayırmaq və dadını çıxartmaq çox əhəmiyyətlidir. İlıq su dolu bir vannada rahatlayıb həm bədəninizi, həm də zehninizi istirahət etdirə bilərsiniz.
 
2. Bitki mənşəli çayların insanın orqanizmi üzərində gözəl bir təsiri var. Yetər ki hansı vəziyyətlərdə hansı çayları içməniz lazım olduğunu bilin. Sıx və stressli bir günün ardından  ilıq bir duş və sonrasında isti bir bitki çayı ilə özünüzü yenidən doğulmuş kimi hiss edə bilərsiniz. 
 
3. Sıx günlərin ardından sizə qalan böyük bir axşam və gecə var. Bu saatları yaxşı qiymətləndirmək sizi gün içərisində gümrah tutacaq. Sıx tempodan sonra bəzi insanlar daha sakit mühitləri seçərlər. İş çıxışında əgər vaxtınız uyğunsa, açıq havada keçirəcəyiniz bir saat, sizə gümrahlıq qatacaq. Gün içərisində məruz qaldığınız bağlı ofis mühitindən ancaq açıq hava və bol oksigen ilə xilas ola bilərsiniz.
 
4. Sıx çalışan insanlarda yaranan beyin yorğunluğu qaçınılmazdır. İşdən çıxdığınızda beyninizdə və gözünüzün qarşısında rəqəmlər uçuşub durur. Fərqinə varmadan özünüzü bəzi hesablamaların içərisində taparsınız. Bu sizi daha da yorar. Iş bitəndə sizə qalan zaman yorğunluğunuzu atmaq üçün bir fürsətdir. Bunu edə bilməniz üçün başınızı ən gözəl rahatlaşdıracaq yolu seçin. Yoldaşlarla gözəl söhbətlər ola bilər, kitab oxumaq ola bilər və ya alış-veriş ola bilər. 
 
5. Həftənin son iş günündə yığılan bütün yorğunluğu atmanın ən gözəl yolu isə çöldə zaman keçirmək olacaq. Hazır ertəsi günü iş yoxkən və istədiyiniz qədər uyğunlaşmaya şansınız varkən, iş sonrası bu gecəni ən gözəl şəkildə, zövqləriniz istiqamətində qiymətləndirin. Axşam sevdiyiniz bir sənətçinin konsertinə gedə bilər və ya istədiyiniz hər hansı bir film seyr edə bilərsiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN