Yaxşı Əhval-Ruhiyyə Üçün 10 Məsləhət

0
3908
Yaxşı Əhval-Ruhiyyə Üçün 10 Məsləhət

1. Həmişə əhvalınızın yüksək olmasını istəyirsinizsə, hisslərinizi cilovlamağı bacarın. Xırda şeylərə görə problem yaratmayın. Çalışın ki, sizə yaxın olan insanlarla aranızda inciklik yaranmasın onları bağışlayınBağışlayaraq siz hirs və qısqanclıq hisslərindən azad olacaqsınız. Unutmayın ki, bu hislər ən çox sizə ziyan verir. 

2. Dünyaya yumor hissi ilə baxmağa çalışın. Hətta əgər siz narahat olur və ya çətin bir vəziyyətə düşürsünüzsə, buna rəğmən gülümsəyin və deyin ki, “Bu da keçəcək”. İnanılmazdı, amma buna həqiqətən inansanız, onda pis şeylər doğurdan da keçəcək.
 
3. Özünüzə qapanıb evdə oturmayın! Əmin olun ki, küçədə, dostların-tanışların əhatəsində əhval-ruhiyyə pis olmur! 
 
4. Həyatınıza yeniliklər gətirin. Psixoloqlar məsləhət görürlər ki, vaxtaşırı vərdişlərinizi dəyişin, məsələn: təzə hobbiyə başlayın və yaxud geyim tərzinizi dəyişin. Bütün bunlardan sonra həqiqətən əhəmiyyətli dəyişiklikləri özünüz də hiss edəcəksiniz.
 
5. Dincəlməyi bacarın! Hər hansı ağır işi yerinə yetirərkən gözəl şeylər haqqında düşünün. Məsələn həyatınızda baş verən ən xoş anlar haqqında.
 
6. Üzgüçülüyə gedin. Su toqaldıraraq bədənə istirahət etməyə kömək edir.
 
7. Düşünməyə vaxtınız olsun. Unutmayın ki, otağınızı müntəzəm təmizlədiyiniz kimi fikirlərinizi, məqsədlərinizi və münasibətlərinizi də qaydaya salmalısınız.
 
8. Həyata daha asan münasibət bəsləyin. Çalışın ki, diqqətinizi ancaq indi gördüyünüz işə yönəldəsiniz. Kiçik nailiyyətlərinizə də sevinin. Həyat kədərlənmək və özünü günahlandırmaq üçün çox qısadır!
 
9. Perspektiv hissini qoruyun. Həyat özü bir hərəkətdir. Bu gün sizin üçün faciə olan bir şey sabah sizin üzünüzü güldürə bilər. Boşuna demirlər ki, gecənin xeyrindən gündüzün şəri yaxşıdı.
 
10.Mənfi şeyləri yaddan çıxardın. “Hərəkət edin ki, sizin hisləriniz də hərəkət etsin”- psixoloq Merlin Dilfort belə hesab edir. Unutmayın ki, siz öz hislərinizə və emosiyalarınıza görə məsuliyyət daşıyırsınız.
 

ŞƏRH YAZIN