Yatmazdan Əvvəl Mobil Telefondan İstifadə Etməyin.

0
3979
Yatmazdan Əvvəl Mobil Telefondan İstifadə Etməyin.

Mobil telefon həyatımıza o qədər girdi ki, artıq yatmazdan əvvəl ona baxır oyandıqdan dərhal sonra yenə ona baxırıq. Bəs bu vəziyyət həyatımıza necə təsir edir?

Yatmazdan əvvəl elektron cihaz istifadə etməyin yaxşı bir gecə yuxusu üçün faydalı olmadığını hamımız bilirik, amma yenə də bir çoxumuz bu vərdişdən əl çəkə bilmirik. Çünki günü sonlandırmağın ən cazibədar yollarından biri, o gün dostlarınızın nə etdiyinə sosial media hesabları vasitəsilə nəzarət etməkdir. Bəs bu davranış bədənimizdə və beynimizdə tam olaraq nələrə səbəb olur?
 
Gecələr telefonunuzu əlinizə aldıqda, telefonunuzun ekranından tam gözlərinizə doğru mavi şüa göndərilir və bu vəziyyət beyninizə yorğun hiss etməyinizi təmin edən melatonin hormonunun ifraz etməməsi xəbərdarlığı edər.
 
Bu da o mənaya gəlir ki, ta ki beyniniz "kifayətdir artıq" deyənə qədər oyaq qalırsınız. Ancaq beyniniz bu xəbərdarlığı edənə qədər arzu etdiyiniz yuxu saatınızın üstündən bir neçə saat keçmiş olur. Və ertəsi gün işə və ya dərsə getmək üçün ayılmaq çətin olur və bu vəziyyəti davamlı hala salmısınız, hər gecə yuxunuzdan bir neçə saat itirmiş olursunuz.
 
Digər tərəfdən, tədqiqatçılar yuxunun nə üçün əhəmiyyətli olduğunu anlamağa çalışırlar. Hər gecə 7 və 9 saat arasında bir yuxu aktiv neyronların yalnız dincəlməsini təmin etmir, eyni zamanda gün ərzində beynimizdə yaranan neyrotoksinlərin təmizlənməsində mühüm olan stansiya sinir sistemindəki qlial hüceyrələri də dəstəkləyir. Kifayət qədər yuxumuzu ala bilmədiyimizdə, qlial hüceyrələr düzgün işləmir və nəticəsində də  konsentrasiya (diqqət) müddətimizdə qüsurlar, yaddaş problemləri və metabolizmi tənzimləyən insulin səviyyəsində nizamsızlıqlar ortaya çıxır. Digər tərəfdən, University of Berklidə aparılan bir araşdırmaya görə yuxusuzluq başqa insanların üz ifadələrini düzgün seçə bilmə üstünlüyümüzü də aşağı salır. Bu baxımdan baxıldığında da yatmazdan dərhal əvvəl ağıllı telefon istifadəsi yalnız bioloji mənada pozulmalara deyil, ictimai mənada da zəif əlaqələrin yaradılması və ya mövcud münasibətlərin pozulmasına səbəb ola bilir.
 
Nəticə olaraq ağıllı telefonlarınızı yataq otağınıza almamağınız üçün kifayət qədər səbəbiniz var.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN