Xoşbəxt Olmağın Sadə Sirrləri

0
1513
Xoşbəxt Olmağın Sadə Sirrləri

Əslində həyatda ən birinci xoşbəxtliyimiz dünyaya gəlməyimizdir. Çünki Allah bizə hər şey üçün bir şans verir. 

Hər bir insanın xoşbəxt olmağa haqqı var və bu xoşbəxtliyi heç də uzaqda axtarmaq lazım deyil. Sadəcə xoşbəxt olmağın ən sadə sirlərini bilmək kifayət edər. Həmin sirləri diqqətinizə çatdırırıq:
 
1. Keçmişinizə çox da dönüb baxmayın. Əgər ötən zamanda buraxdığınız səhvlər haqqında düşünəcəksinizsə xoşbəxtliyə gedən yollarda azıb qalacaqsınız. Buraxdığınız səhvlər haqqında düşünün, ancaq peşimançılıq hissi ilə yox, bir daha həmin səhvlərə yol verməmək üçün həmin anlardan nəticə çıxarın.
 
2. Şükürlü olmaq insanı xoşbəxt edə bilər. Nailiyyətləriniz və uğurlarınızla sevinməyi bacarın. Uğurlarınıza qiymət vermək üçün dünyanın ən uğursuz insanları ilə özünüzü müqayisə edin və qənaətə gəlin ki, siz hələ çox şeylərə qadirsiniz.
 
3. Mənəvi dəyərlərə daha çox üstünlük verin. Unutmayın ki, mənəvi rahatlıq ən böyük xoşbəxtçilikdir.
 
4. Xoşbəxt olmağın sirrlərindən biri də Tanrının bəxş etdikləri ilə qane olmaqdır. Əgər siz sağlam və iş qabiliyyətinə maliksinizsə deməli xoşbəxt insansınız. Allahın sizə verdiklərindən səmərəli istifadə edin.
 
5. Paxıllıq hisslərindən nə qədər çox uzaq olsanız, bir o qədər də xoşbəxt olacaqsınız.
 
6. Sevdiklərinizdən öz sevginizi əsirgəməyin. Sevgi hisslərinizi səxavətlə doğmalarınıza bəxş edin. Bu həm sizi, həm də doğmalarınızı xoşbəxt edəcək.
 
7. Düşünməyin ki, hər şey sizin istədiyiniz kimi olacaq. Çünki sizin istəklərinizdən asılı olmayaraq Tanrı əməllərinizə görə layiq olduğunuzu özü müəyyənləşdirəcək.
 
8. Çalışın ki, həyatınız sevgi və xoş münasibətlərlə zəngin olsun. Xoş hisslər və məhəbbət olan yerdə həmişə xoşbəxtlik də olur.
 
9. Mərhəmət hissini qəlbinizdən əskik etməyin. Mərhəmətli insanları Allah həmişə dəyərincə qiymətləndirir.
 
10. Sağlamlığınıza diqqət yetirin. Sağlam ruh xoşbəxtliyin açarıdır və hər bir insanın sağlamlığı Yaradanın əmanətdir.
 
11. Ən başlıcası isə insanları dəyərləndirməyi bacarın. Ətrafınızda əməli saleh olan insanları qiymətləndirsəniz bu sizin mövqeyinizi müəyyənləşdirəcək ki, siz də insanlar tərəfindən layiq olduğunuz qiyməti alacaqsınız. Xoşbəxtliyə gedən yollarda əməliniz saleh, niyyətiniz təmiz olsun.
 
 
Unutmayın ki, bu qısa həyatda xoşbəxt olmağınız özünüzdən asılıdır. 
 

ŞƏRH YAZIN