Utancaqlığı Ata Bilmiyənlər Oxusun

0
6926
Utancaqlığı Ata Bilmiyənlər Oxusun

Utancaqlıq sizin üçün heç cürə aşa bilmədiyiniz bir problemdir. Utancaqlıq elə bir şeydir ki, həyatda bir nailiyyət qazanmağınıza, insanlarnan ünsiyyətinizə, hər bir addımınıza əngəl törədir. Əgər sizdə bu problemləri yaşayırsınızsa, o zaman aşağıdakı tövsiyyələrimiz sizin üçündür.

Mənfi düşüncələrdən azad olun:
Biriylə tanışlıq zamanı beyninizi mənfi düşüncələr yeyib-bitirir.Bir şey söylədiyiniz zaman onun sizə görəsən “nə reaksiya verər?” deyə düşünməyiniz ilk öncə çox səhvdir.Qarşınızdakı insanın sizin hər an səhvinizi tutmağını gözləyirmiş kimi düşüncələrdən özünüzü uzaqlaşdırın.Bu düşüncələrdən dərhal azad olun. Hər şeyə real yanaşmağa çalışın.Qarşı tərəf sizin sıxıcı olduğunuzu hiss edərsə sizinlə söhbətdən qaçar.
 
Rahat olun:
Həyəcanlanmamağa çalışın.Həyəcan gəldiyində dərhal özünüzdən uzaqlaşdırın. Bu zaman duyğularınızın əsiri olur və öz idarəetmənizi itirmiş olursunuz. Özünüzü sakitləşdirin, rahat nəfəs alın və xoş seylər haqqında düşünün ki, üzərinizdəki gərginlik uzaqlaşsın.
 
Baxış bucağınızı dəyişdirin:
Unutmayın ki, utancaqlıq özgüvən əskikliyindən irəli gəlir. Başqalarının yanında fikrinizi çatdırmaqda çətinlik çəkirsinizsə,bu özünüzü sıxıcı hiss etməyinizdən və ya  bənzər duyğular yaşamağınızdan qaynaqlana bilər.Təbii ki bu özünüzü yetəri qədər sevmədiyiniz anlamına gəlmir. Siz özünüzə qarşı baxış tərzinizi dəyişdirməlisiniz. Belə olarsa sizdə özgüvən yüksəkliyi yaranacaqdır. Güclü keyfiyyətlərinizi sıralayın və hər zaman özünüzə xatırladın.
 
Qorxularınızdan qurtulun:
Yadınızdan çıxartmayın ki, hər şey kiçik addımlardan başlayır.Sınamaq hər şeyin başlanğıcı deməkdir.İnsan sınaya-sınaya bir şeyləri öyrənir.Qorxduğunuz şeylər hər nədisə sınayaraq bir-bir aşmağa çalışın.
 
Ehtiyac olarsa mütəxəssisdən kömək istəyin:
Əgər bu məsləhətlərin effektini hiss etmirsinizsə bir mütəxəssisdən kömək istəyin. Şəxsi inkişaf mütəxəssisləri özünüzə inanmağınız və bütün bu kompleksləri atmağınız üçün sizə böyük kömək olacaqdır.
 

ŞƏRH YAZIN