Təbəssümün Nəticəsi

0
2755
Təbəssümün Nəticəsi

Kiçik qız evlərinin qarşısındakı küçədə sək-sək oynayarkən önündən keçən məyus olan bir əcnəbiyə gülümsəyir. Bu gülümsəmə adamın özünü daha yaxşı hiss etməsinə səbəb olur. Bu ruh halı içində yaxın keçmişdə ona kömək edən bir dosta təşəkkür etmədiyini xatırlayır. Dərhal bir məktub yazır və göndərir. Dostu bu təşəkkürdən o qədər sevinir ki, hər günorta yemək yediyi restoranda ofisiant qıza yüklü bir bəxşiş qoymağa başlayır.

Ofisiant qız həyatında ilk dəfə belə bir bəxşiş alırmış. Axşam evə gedərkən, qazandığı pulun bir hissəsini hər zaman tin başında oturan kasıb adamın papağına qoyurmuş. Adam o qədər minnətdar olub ki.. Çünki iki gündür boğazından aşağı bir tikə keçmirmiş.
 
Qarnını doyurduqdan sonra bir mənzil zirzəmisindəki otağının yolunu fit çala-çala tutub. Elə sevincliymiş ki, bir saçaq altındakı it balasını görəndə, qucağına alır.
 
Balaca it gecənin soyuğundan qurtulduğu üçün çox sevincliymiş. İsti otaqda gecə boyu qaçıb-durubmuş. Gecə yarısından sonra mənzili tüstülər bürüyür. Bir yanğın başlayırmış çünki. Tüstünü hiss edən it hürməyə başlayıb, əvvəl kasıb adamı oyandırıb, sonra da bütün mənzildə olan insanları. Analar, atalar tüstüdən boğulmaq üzrə olan balalarını qucaqlayıb, ölümdən qurtarmışlar. Bütün bunların hamısı, beş qəpiklik belə dəyəri olmayan bir təbəssümün nəticəsi imiş.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN