Sən Çox Dəyərlisən

0
3233
Sən Çox Dəyərlisən

Heç bir təkrarı olmayan əvəzedilməz olan bir şey düşün. Təbii ki bu sənsən . Kainat yarandığı gündən bu tərəfə heç nə sizin kimi ola bilməz. Sənin bacardıqların, istedadın ,ailən, dostların sənin yaşadıqlarınla uyğun gəlmir. 
 
Sənin saçının uzandığı kimi heç kimdə eyni uzanmır. Hamının barmaq  izləri səndəki kimi deyil. Sənin zarafatların ,daxili hisslərin hamıyla eyni deyil. 
 
Təsadüf olar ki, kimsə sənin kimi gülsün amma inanmıramki kimsə sənin kimi asqırsın. Hamı sənin kimi oxşar daxili dünyaya aid deyil. Hamı sənin kimi sevilmir. Heç kim . ... Ya səndən qabaq ya səndən sonra .. Sən təkrarı olmayan Əvəzsizsən. 
 
Bu hisslərdən zövq alın . Heç vaxt başqaları kimi olmağa çalışma. Sən özündə görə bilmədiyin şeyləri başqalarında gördükdə bunu gizləməyə çalışma.  
 
Bu sənin başqa cür olduğun deməkdir. Artıq heç kimin qəlbi , ruhu  sənin kimi olmayacaq nə vaxtsa..  
 
Sən düynaya gəlməsəydin həyatda ,dünyada  bir boşluq olardı. 
 
Sənin əvəz edilməz olmağın bir zənginlikdir. Bu təkcə sənə aiddir. Bunun dadını çıxart və hər kəslə bölüş.
 
Sənin yüksəldiyin kimi hamı eyni yüksəlmir. Heç kim sənin kimi eyni ola bilməz.  Sənin özünü ifadə etdiyin kimi edə bilməz. Sənin rahatçılığın heç kəsdə yoxdur. Sənin göstərdiyin anlayışı heç kəs göstərə bilməz.
 
Heç kim sənin üzündəki saflığa sahib ola bilməz. Sənin kimi səmimi gülməz. 
 
Əvəzolunmazlığını paylaş . Buna görədə ətrafındakılarla, ailənlə olarkən  harda olmağına baxmadan rahat ol . 
 
Zövq almaq və bu zövqü bölüşmək sənə hədiyyə verilib. Bundan istifadə etməyi bacar.  Özünə bir şans ver.
 
Bunu anlamağa qavramağa  çalış və təkrar et . Bu sənə dayaq olacaq. Cəsarətli ol ,inamlı ol və özünü ruhdan salma . Sən Təkraredilməzsən.  
 

ŞƏRH YAZIN