Sahib Olduğun Hər Şey Üçün Şükr Et!

0
3402
Sahib Olduğun Hər Şey Üçün Şükr Et!

Düşün və şükr et!

ALLAHIN sənə bəxş etdiyi nemətləri düşün! Sağlam bir bədən, kifayət qədər ərzaq və geyimlər, ehtiyacın olan hava, su və daha nələr, nələr!
 
Düşün və Şükr et!
 
Dünya sənindir! Bunun fərqindəsən? Həyat sənindir! Dərk edə bilirsən? Hər cür nemət sənindir. Şükr edə bilirsən?
 
Düşün və Şükr et!
 
Əskik olan nədir? Görən gözlərin, danışan dilin, dodaqların, eşidən qulaqların, əllərin, ayaqların var!
 
Düşün və Şükr et!
 
Ayaqlarının üzərində yerimək asan işdir? Ayaqların üzərində dayanmaq asan işdir? İşləməyən nə qədər ayaqları, kəsilən nə qədər ayaqları düşün! Doyunca yatmaq asan işdir? Ağrıdan əzab çəkən, bağlanmayan nə qədər gözləri düşün! Mədəni yeməklərlə doldurmaq, ya da doyunca su içmək asan işdir? Yemək yeməyən, su içməyən neçə-neçə xəstələri düşün!
 
Düşün və Şükr et!
 
Səsləri eşitməni düşün - karlıqdan qorunmusan. Görmə xüsusiyyətini düşün - korluqdan qorunmusan. Ağıl nemətini düşün -dəlilikdən qorunmusan. Yalnız görmə və eşitmə xüsusiyyətini tonlarla qızılla dəyişərsənmi? Əllərin, ayaqların qarşılığında nadir daş-qaşları qəbul edərsənmi? Bil ki, sən, sayılmayacaq qədər çox nemətlərə və xüsusiyyətlərə maliksən. Lakin bunların fərqində deyilsən. Bunun üçün daim sıxıntı, kədər və ümidsizlik dalğaları arasında öz-özünlə mübarizə edirsən. Halbuki isti çörəyin, soyuq suyun, doyunca yuxun və qibtə ediləcək sağlamlığın var. Bunlara şükr etməlisən.
 
Ələ keçirə bilmədiklərini düşünüb kədərlənmək yerinə, itirdiyin maddi dəyərlər üçün narahat olmaq əvəzinə, əlində olanlar üçün şükür etməlisən! Çünki xoşbəxtliyin açarı sənin əlindədir! Çünki nemətlərin davamı - şükürlə olur. Əmin-amanlıq və xoşbəxtlik - şükürlə olur.
 
Yaratdığı varlıqlar sayısı qədər Allaha şükürlər olsun.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN