Sağlam Həyat Üçün...

0
2611
Sağlam Həyat Üçün...

1. Özünüzü çox yormayın. Nə keçmiş, nə də gələcək haqqında düşünməyin. Sadəcə bu günü, bu anı yaşayın. Çünki nə etsəniz də indiki anı sonradan heç cür geri qaytara bilməzsiniz.

2. Risk etməkdən çəkinməyin. Hər yeniliyin və riskin başında çətinliklərlə qarşılaşmağa hazır olun və bundan qətiyyən qorxmayın. 
 
3. Xəyal qurmaqdan bezməyin. Əvvəlki illərdə gerçəkləşən xəyallarınızı düşünün. Gec ya da tez hər şey yaxşı olacaq. Ümidinizi itirməyin. 
 
4. Hər bir işdə yaxşı olmağa və uğur əldə etməyə çalışın. Yaxşı və xeyirxah insanları hamı sevir. Bu duyğu sizi yaxşı hiss etdirəcək. 
 
5. İstədiyiniz hər şeyin sizdən asılı olduğunu unutmayın. Buna görə hər şeydən əlavə özünüzə zaman ayırın. Bol-bol deyin və gülün. Unutmayın, gülmək həm də insanları cavanlaşdırır. Dəyərinizi bilin. Beləliklə ətrafdakı insanlar sizi sevib və hörmət edəcək. 
 
6. Öz üzərinizdə işləyin. Nə istədiyinizə və nə hiss etdiyinizə qərar verin. Özünüzü başa düşmədikcə insanlarla ünsiyyət qurmaq çətin olacaq.
 
7. Ətrafdakı insanların fikrinə hörmət göstərin. Həyatınızı nəzarət altında saxlmağa çalışın. Yuxu və düzgün qidalanmaya diqqət edin. Hər şeyin çoxu və azı zərərlidir. Balansı tutmağı öyrənin. 
 
8. Arzularınızı nəzərdən keçirin. Baxın görün indiki reallıqla və sizin bacarıqlarınıza uyğunlaşırmı? Bacarığınız xaricində olan arzularınızı dəyişdirin.
 
9. Kiçik bir nailiyyət qazanmış belə olsanız sevinin. Ətrafınızdakı hər bir şeydən həzz alın. Hərdən başqa ölkələri də kəşf edin.
 
10. Həyatınızı olduğu kimi yaşayın, planlı şəkildə deyil. Bu sizin özünüz olmağınıza da böyük bir imkan yaradacaqdır. 
 
11. Sevildiyiniz üçün şükr etməyi unutmayın.
 
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN