Qayğısızlıq

0
2211
Qayğısızlıq

Qısa müddət ərzində sönən və sonrasında peşman olacağımız həssas və daxili partlamaların səbəbi nədir? Ya ruhi çöküntülərin bizlərə, bədənlərimizə, əsəb sistemimizə verdiyi zərərlər. Niyə inam, etibar  duyğularımız zədələnib? Kimə, nəyə güvənəcəyimizi nə səbəbə bilmirik? Niyə kölgəmizlə belə dava edər olduq?

Narahatlıqlar, həyəcanlardakı artım, depressiya, müvazinət qüsurları, obsesif pozğunluqlar (düşkünlük), yuxu problemləri, təcavüzkar davranışlar, hələ uşaqlıqda başlayan, çox aktiv və aqressiv davranışlar.
 
Yaşadığımız əsrdə daha da artıb və artır? Əsrlər keçdikcə nə olur insanlığa?
 
Mövcud olan səbəb: qayğılar, qayğılarınız, qayğılarımız.
 
Cəmiyyət olaraq qayğılı bir icma olmağa doğru sürətlə qaçır, addımlarla irəliləyərək gedirik. Həyat şərtləri getdikcə daha da çox insanları zorlayır. Bu günün qayğılarını daha həll edə bilməzkən üstünə bir də əlavə olaraq gələcəklə bağlı qayğılarımız da çoxaldı.
 
Görəsən, bir sıra psixoloji problemlərin dövrümüzdə yaşanmasındakı artımlar narahatlıqların artmasından mı qaynaqlanır?
 
Keçmiş nəsillərə görə daha kövrək, həssas, narahat, gərgin bir nəsil halına gəldik? Daha asan küsür, daha asan əsəbiləşib, əsəbimizi nəfəs belə almadan çölə qusuruq? Ya da öz fikirlərimizi ətrafımızın da eyni şəkildə düşünməsi lazım olduğu kimi bir düşüncə ilə çevrəmizdəkiləri də daha çoxmu mühakimə edirik? Görəsən mürtəce mövqelər içərisində hərəkət edirik?
 
Qayğının normal dərəcədə və tarazlıqda olanı təbii ki məqbul olunandır. Çox qayğısız olmaq qədər həddindən artıq narahat olmaq, bu halı həyat anlayışı şəklinə çevirmək insana zərər verir. Normal həddin üzərində göstərilən qayğılı davranışlar və əzaba çevrilən mənfi düşüncələr içərisində olan insan yaşaya biləcəyi gözəlliklər yerinə, nəticəni düşünmədən daim mənfi cəhətlərə yönəlir. Daim mənfi düşünmək də zamanla mənfi cəhətləri çəkməkdən başqa heç bir şeyə yaramaz.
 
Bəs bu normal müvəqqəti və qısa müddətli qayğı vəziyyəti, baş edilməz bir vəziyyətə və xroniki bir hala çevrilərək çox daha uzun müddətə və nəzarət edilə bilməyən bir səviyyədə davam edirsə, insanın həyatını özünə və ətrafına zəhər etməyə, pis rəftar etməyə başladığı bir hissəyə keçid edibsə?
 
Qorxu və təşviş çox fərqli iki anlayışdır. Qorxu ilə qayğını bir-birinə qarışdırmamaq lazımdır. Qorxu, insanın bir hadisə, bir təhlükə qarşısında özünü qoruması adına avtomatik olaraq verdiyi reaksiyadır və qorxular qabarıqdır. Qayğı isə bir hadisənin insanın gələcəkdə başına gələcəyinə inandığı, gələcəklə bağlı yaratdığı hipotetik ehtiyatlarıdır və mənbəyi qeyri-müəyyəndir.
 
Enerji və motivasiya səviyyəsinin aşağı olmağı, yorğunluq, diqqət pozğunluğu, müvazinət səviyyəsinin aşağı olmağı, daimi narahatlıq, qorxu, ağır hal, əzələlərdə gərginlik, yatma mərhələsinə keçməkdə çətinlik yaşamaq və gecələr müəyyən fasilələrlə oyanma qayğı pozğunluğunun əlamətləri arasında sayıla bilər.
 
Maneəsiz narahatçılıq halı, insanın həyat axınına təsir etdiyi kimi bədbəxt olmasına da səbəb olur. Qayğıların daha çox keçmişdən irəli gəldiyini düşünsək: Keçmişin təsiri altında çox qalıb, keçmişlə yaşamaqdan xilas olmamaq, yeni yollara getmək əvəzinə, keçmişdə edilən səhvləri bilə-bilə təkrar etmək, daim qarşı ümidlə yaşamaq insanı sadəcə bədbəxt edəcəkdir.
 
Həddən artıq qayğılı insan özü qədər birlikdə yaşadığı insanlara da təzyiq yaradaraq həm özünü, həm də ətrafını bədbəxt edər. Qayğılarının yaratdığı vəziyyət nəticəsində ətrafının da həyatlarında nəzarət qurmaq ehtiyacı içində olur. Öz həyatında yaşanılacaq gözəllikləri təxirə saldığı kimi ətrafının da başına, ya bir şey gələrsə narahatlığı ilə keçirəcəklərinə mane olma reaksiyası göstərə bilər.
 
Qayğı pozğunluğu yaşayan insan, çox zaman özünü təhdid altında və inamsız hiss edir, hamı narahatdır, hər şeyə ən mənfi gözlə baxır, əhvalı həmişə pisdir.
 
Doğru idarə edilməyən və ya nəzarət edilə bilməyən bəzi hisslər gün gəlir o qədər çox toplanar ki, hakimiyyəti ələ keçirərək insanın zamanla əvvəl edilməsi çətin problemlərlə təkbətək qalmasına zəmin yarada bilər.
 
Müsbət fikirləri, müsbət enerji ilə birləşdirərək davranışlara əks etdirərək həyat keyfiyyətini, işə bağlılığı, ya da ətraf mühitlə əlaqələri gücləndirə bilərsiniz.
 
Şəxsi motivasiyada yüksəliş, müsbət münasibətləri inkişaf etdirmək, stəkanın dolu tərəfinə daha çox istiqamətlənə bilmək - bunları hər zaman yadda saxlamaq lazımdır.
 
Bütün bunlara zehni cəhətdən baxanda insanın içini hərəkətə gətirir, motivasiya edir. İşin ən çətin, amma bir o qədər də mümkün tərəfi isə insanın hərəkətə keçə bilməsidir.
 
Bax, bu da "Emosional zəka" ilə mümkündür. İnsan özü ilə sülhə nail olanda, öz hisslərini və gücünü düzgün tanıya bildiyində ətrafına bunu hiss etdirməsi mümkün ola bilər. Özünü əvvəl kəşf etmək və daha sonra da ətrafına bu işığı əks etdirmək, bu enerjini hiss etdirmək - bunlar çox vacibdir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN