Qadınlar Üçün 7 Qızıl Məsləhət

0
7586
Qadınlar Üçün 7 Qızıl Məsləhət

Xaricən zərif görünüşə malik olmalarına baxmayaraq daxilən güclü və iradəli olan və hər zaman özünü inkişaf etdirən qadınlarımız bugün də cəmiyyətin əsas hissələrindən biridir.Artıq istənilən peşə sahəsində işləyən qadınların olması buna bariz nümunədir.
 
Əziz qadınlarımız hər zaman irəlidə  və özgüvənli olmağınız üçün sizə bir neçə tövsiyyə etmək istəyirəm:
 
1.Motivasiya 
Qeyd edim ki,yüksək motivasiyalı insanlar hər zaman zirvələrdə olur.Düşük ruh yüksəkliyi inkişafa mane olur.
 
2.Özünə inam
Hər bir xanımın özünə inamı olmalıdır. Özünə inam olarsa heç kimin qarşısında əyilməz olarsan və hər bir uğur yolunda özünə əmin bir şəkildə irəliləyərsən.
 
3.Səliqə
Xanımın səliqəli olması o xanım haqqında çox söz söyləməyə imkan verir.Hətta siz xanımın səliqəsinə əsasən onun xarakterini söyləyə bilərsiniz.Sizin səliqənizə görə sizə uyğun davranış da göstərə bilərlər.
 
4.Özünüzü sevin
Bu çox mühüm amildir.Özünüzə necə hörmət qoysanız, cəmiyyətdəki insanlar da sizə eyni hörməti qoyacaqlar.Hər zaman özünü sev və dəyərləndir.Çünki sən hər şeyin ən yaxşısına layiqsən.Amma yeri gələndə nöqsanını gör və onları düzəlt.Özün-özünü qazandığın nailiyyətinə görə mükafatlandır,həyatı doya-doya yaşa.Səni sevənləri sən də sev, onlara dəyər ver.Çalış ki,insanlar səni sən olduğuna görə sevsinlər.
 
5.Ailəniz və yaxınlarınızla birgə vaxt keçirin.
Əgər işləyirsinizsə, həftə sonu yoldaşınız və uşağınız üçün xüsusi süfrə açın.Bunu sizin onlara olan sevgi və verdiyiniz dəyərin əsas göstəricisidir.Hər zaman sevdiklərinizi diqqətdə saxlayın.Həyat siz ona dəyər verincə gözəl və pozitiv olur.Sizə yaxın olan insanları vaxtında qiymətləndirin.
 
6.Özünə qulluq
Özünə qulluq isə hər zaman olmalıdır.Gərək hər zaman baxımlı olmağı bacarasan.Baxımlılığın yaşı yoxdur.Qadın hər yaşda gözəlliyini qorumalıdır.İlk öncə bunu özü üçün etməlidir.Həmçinin baxımlılıq gərək insanın daxilində, şüuraltında olsun.Sadəcə söyləməklə baxımlılıq olmur.
 
7.Şəxsi inkişaf
Hər zaman özünüzü inkişaf etdirin.Biliyinizi daim artırın və yeniliyin.Çoxlu bədii kitab oxuyun.Çalışın hər şeydən məlumatınız olsun.Dünya görüşünüz artsın.
 

 

ŞƏRH YAZIN