Problemləri Aşmaq Üçün...

0
2982
Problemləri Aşmaq Üçün...

1. Hisslərinizi axışına buraxın.Onları nəyəsə zorlamayın.Bütün mənfi duyğularınızı olduğu kimi qəbul edin.Belə olduqda zamanla özünüzü yaxşı hiss etdiyinizi görəcəksiniz.

 2. Özünüz üçün səssizlik yaradın. Hər gün işlərinizi bitirdikdən sonra qısa bir zamanda olsa özünüzə səssizlik yaradın və bu səssizlikdən istifadə edib dua edin,düşünün,planlar qurun.Bu seçimləri təbii ki özünüz istədiyiniz kimi çoxalda bilərsiniz.
 
3. Duyğularınızı gizlətməyin.Sevdiyiniz insanlara hisslərinizi bəlli edin.
 
4. İnsanlarla ünsiyyət qurmağa çalışın. Ailənizlə, dostlarınızla, yaxın çevrənizdəki insanlarla bir yerdə vaxt keçirin. Dərdlərinizi bölüşün və bir-birinizə kömək edin. Əgər ehtiyac varsa psixoloqla danışın. Ancaq sevgiyə açıq olun və bunu xoş bir hala gətirin. Yalnız olduğunuzu düşünməyin.
 
5. Dəyər verdikləriniz və sevdiyiniz insanlar üçün bir xatırlatma mərasimi edin. Yaxın dostlarınıza yadda qalan anılarınıza yenilərini əlavə etmək üçün xatirələrini bölüşmələrini istəyin. İtirdiyiniz birinin fotoşəkil albomunu ya da illər boyunca xüsusi anların videolarını  yığa bilərsiniz. Yoldaşlarınızdan kömək etmələrini istəyin və hər kəsə bir kopiya verin. Xüsusi bir qeydi ya da ortaq sevilən bir şəkli çərçivələyin.
 
6. İtirilmiş şeylərə görə üzülməyin. Gedən bir bina ya da iş yeri belə olsa, xüsusi hadisələrin fotoşəkilləri ilə bir tərif kitabını, içinə indi xüsusi mənası olan hekayələri də qoyaraq edə bilərsiniz. Darıxdığınız anlarda, yaxşı zamanları da xatırlayın.
 
7. Ürəyinizcə olan bir yer tapın . İtirilmiş olan şeyə bağlı hiss etmənizə köməkçi olacaq kiçik bir obyekt tapa bilərsiniz bəlkə də. Sizə hər vaxt yaxın və ürəyinizdə sevginizi sonsuza qədər davam etdirin.
 
8. Sevgiyə bir şans verin. Gözəl münasibətin sirri unutmayın ki, ən birinci qarşılıqlı hörmətdən keçir.
 
9. İnsanlara kömək edərək sevindirin.Ətrafınızdakı hər bir şeyə xoş bir duyğu bəsləyin.Sevdiyiniz sənətçinin konsert proqramına baxmağa gedin.
 
10. Uşaqlarınıza yaşından asılı olmayaraq daha çox sevgi verin.Ətrafınızda olan insanlara qarşı daha səbrli olun. Sevginizi daha çox göstərməyə çalışın. Həyatınızda nəyin vacib olduğunu qərarlaşdırın. Hər gününüzü həyatdan zövq alaraq yaşayın.
 

ŞƏRH YAZIN