1.Əsl dostlarının kim olduğuna qərar ver;
“Dost dar gündə sınanar” və yaxud “Dost yaman gündə tanınar”. Bunun kimi bir çox misal çəkmək olar. Bəli düz deyiblər həqiqi dost dar gündə yanında olandır. Ona görə də əsl dostlarını tanı,qərar ver və hər zaman onlarla birgə irəlilə.
2.Problemlərindən qaçma;
Hara getsən də problemlərdən uzaqlaşmaq olmur. Əslində səhvlərimizdən nəticə çıxartmağı bacarsaq, çətinliklərdən dərs almağı öyrənə bilsək həyatımızdakı problemlər elə də çox olmaz.Bunun üçün də ilk öncə özünü nəzərdən keçirt, təhlil et və səhvlərini təkrarlamamağa çalış.Həyatın çətinliklərini də özünə inanaraq aşmağı bacar. O zaman problemləri də gözünüzdə böyütmüş olmarsınız.
3.Özünü sərbəst burax;
İşlər hər zaman yolunda gedəcək deyə bir şey yoxdu.Bu gün ola bilsin ki, bir şeylər tərs getdi.Təbii ki, buna görə məyus olmuş ola bilərsən, içindən ağlamaq gələ bilər — ağla... Özünü tutma, sərbəst burax,rahatla.Gözyaşların gözündən süzülüb bitdikdən sonra özünü quş kimi rahat hiss edəcəksən.
4.Dəyərli olduğunu yaddan çıxartma;
Hər kəsə vaxt ayıra bilərsən, ancaq özünü də zaman ayırmağı unutma.Başqaları sənin üçün əhəmiyyətli ola bilər.Ancaq sən də özəl və dəyərli olduğunu xatırla. Sənin də özün üçün etməli olduqların var.
5.Başqalarına bənzəməyə çalışma;
Sənin kimsəyə bənzəməyə ehtiyacın yoxdur.Çünki sən özünsən.Bununla da başqalarından fərqlənirsən.Bunu heç bir zaman unutma.Heç vaxt başqalarına bənzəməyə çalışma.Özünü olduğunu kimi doğrularınla,səhvlərinlə qəbul etməyə çalış.Bu şəkildə sev özünü.Unutma bunlar həmişə sənin ən fərqləndirici özəlliklərin olacaq.
6.Keçmişi unut
Bir şeyi yadınızda saxlayın ki, keçmiş onsuzda keçmişdə qalıb.Bunu unutmaq lazımdır; sırf gələcəyə yönəlib irəlidə həyata keçirəcəyiniz məqsədlərinizi düşünün.
7.Səhv etməkdən çəkinmə
Bir şey etməməkdənsə səhv etmək daha yaxşıdır.Bunun üçün özünüzü mühakimə etməyin.Çünki insan səhv edə-edə öyrənir bir şeyləri. Əsas nəticədi unutmayın.
8.Xoşbəxtlik əvəz olunan bir şey deyil
Bəlkə həyatda bir çox şeyi əvəz etmək olar, ancaq xoşbəxtliyi əsla.Həqiqi xoşbəxtliyin yerini heçnə vermir.Ona görə də xoşbəxtliyinizdən bir an belə itirməyin.
9.Əlində olan vaxtın qədrini bil
Bəlkə keçmişi dəyişə bilmərik ancaq gələcək bizim əlimizdədir.Ona görə də hal-hazırda əlində olan zamanın dəyərini anla. Gələcəkdə yaxşı həyatın olmağını istəyirsənsə bu səndən asılıdır.Bunun üçün indidən çalışmalısan.Məsuliyyətini dərk et və dəyərli zamanından 1 saniyə belə itirmə.
10.Hazır olduğunu hiss et
Yalnız qalmaq qorxusu ilə münasibət qurmaq düzgün deyil.Eşqə bu cəhətdən yanaşmaq olmaz. Sevgi elə bir şeydir ki o sadəcə hazır olduğunda səni tapar...
11.Ümidini üzmə
Qarışımıza çıxan hər bir insan əslində bizim üçün bir sınaqdır.Hər biri həyat təcrübəmizə daha bir nəticə qatır. Bəziləri yaxşı, bəziləri pis...Əsas odur ki ümidini heç bir zaman itirməyin.Nə zamansa Allah doğru insanı qarşınıza çıxaracaqdır.
12.Başqalarıyla özünü müqayisə etmə
Sadəcə özünlə yarış...
13.Qısqanclıq hissini özündən uzaqlaşdır
Qısqanclıq mənfi nəticələr doğurur...
14.Təslim olma
Nə olursa olsun, təslim olma.Bacarağına inan.Hər şey sənin əlindədir.
15.Ürəyinin səsini dinlə
Qəlbinin səsini susdurma.O hər zaman doğrunu söyləyər...
16.Optimist ol
Beynindən bütün mənfi şeyləri uzaqlaşdır, hər zaman müsbət,gözəl düşünməyə çalış...
17.Dincəl
Ən dəyərli zamanının, ən gərgin yerində dayan, nəfəs al və dincəl.Möcüzələrin baş verdiyini görəcəksən...
18.Kiçik şeylərlə də xoşbəxt olmağı bacar
Bir gülümsəmə, bir baxış, bir insan...
19.İdeal olmağa çalışmayın
Özünüzü yormayın..Elə bir insan onsuzda yoxdur !
20.Asana qaçma
Bu həyatda asan heçnə yoxdur.Gərək əziyyət çəkəsən,zəhm göstərəsən ki istədiyin nəticəni də əldə edə biləsən...
Hər zaman nəfəs aldığınız üçün və sahib olduqlarınıza görə şükr etməyi unutmayın.