Özünüzə Olan Inaımınız Zədələnməsin.

0
1431
Özünüzə Olan Inaımınız Zədələnməsin.

Özünə inamın sinonimi olan özünə inam əskikliyi əsasən alçaq kompleksi olaraq tanınır. Özünə inam haqqında çox əhəmiyyətli bir kitab yazan psixoloq Don Hamachek alçaq kompleksi ilə bağlı 7 məsələyə diqqət çəkir.

Tənqidə qarşı həssas olmaq. Alçaqlıq hissinə qapılan insanlar səhv etdiklərini bilsələr də digər insanların bunu vurğulamaları xoşlarına getməz. Nə qədər konstruktiv, ya da sadəlövh olursa olsun, hər tənqidi şəxsi bir hücum kimi qəbul edirlər.
 
Özünə inama uyğun cavab vermə. Bu iki şəkildə olur. Bəzi insanlar özləri haqqında yaxşı şeylər eşitmək üçün can atırlar və davamlı kompliment edilməsini xoşlayırlar. Digər davranış tərzi isə tam əksidir. Özünə inam əskikliyi çəkən bir qrup insan isə özləri haqqında müsbət bir şey eşitmək istəməzlər, çünki öz hiss etdikləri zidd olurlar.
 
Həddindən artıq tənqidi yanaşma. Özlərini yaxşı hiss etməyən insanlar başqaları haqqında yaxşı şeylər düşünmürlər. İnsanların qüsur və səhvlərini axtarırlar. Beləliklə özlərinin çox pis olmadığını sübut etməyə çalışırlar. Bu insanlar ətrafdakı ən ağıllı, cazibədar, uğurlu insan olmadıqları zaman ağıllı, cazibədar, uğurlu hiss etməzlər.
 
Günahlandırma meyli. Bəzi insanlar zəlil hiss etməyin ağrısından xilas olmaq üçün öz gücsüzlüklərini digər insanlara yükləməyə çalışırlar. Bu məqamda öz səhvləri üçün başqalarını günahlandırırlar.
 
İşgəncə istəyi. Özgüvənsizlik zirvə nöqtəsindəykən başqasına zərər verməyə qədər gəlib çıxa bilər. Başqalarını günahlandırma davranışı nəzarət edilməz bir vəziyyətə çata bilər.
 
Rəqabətlə bağlı neqativ hisslər. Alçaq kompleksi olan insanlar da hamı kimi bir oyunu ya da yarışı qazanmaq istəyir, amma belə hallardan çəkinirlər, çünki qazana bilməyəcəklərini düşünürlər. Birinci gəlməmə qorxusu tamamilə müvəffəqiyyətsiz olduqları qorxusuna qapılmalarına səbəb olur.
 
Tənhalıq və utancaqlıq meyli. Alçaq duyğusu olan insanlar digər insanlar qədər ağıllı və maraqlı olmadığını düşündüklərindən digər insanların da onları belə görəcəyini fikirləşirlər. Bu üzdən sosial mühitlərdən çəkinirlər, insanlarla az ünsiyyətə üstünlük verirlər. Çünki bunun yalnız səfeh hərəkətlərini və ya cansıxıcı olmalarını sübut edəcəyini düşünürlər.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN