1. Gülümsəyin
Gülmək sizə və ətrafınızdakılara müsbət təsir edəcəkdir.Özünüzü pis hiss etsəniz belə, bir neçə saniyə də olsa gülümsəyin.Yaratdığı dəyişikliyi görəcəksiniz.
2. Böhran mahnılar dinləməyin
Dinlədiyimiz musiqi ruhi vəziyyətimiz üzərində son dərəcə təsirlidir. Sizi depresivləşdirən, bol ağrılı, böhran mahnılar yerinə canlandıran, xoşbəxt edən mahnılar seçin. Bu mahnıları ətrafınızla də paylaşın.
3. Qucaqlaşın
Qucaqlaşmaq da gülmək kimi, sadə amma təsiri böyük sehrli davranışlardandır. Yaxınlıq və səmimiyyət dərəcəsinə görə qucaqlaşmaqdan çəkinməyin.
4. Dinləyin
Bəzən kömək filan deyil, qarşınızdakı adamın istədiyi... Yalnız danışmağa və bəzilərinin özünü dinləməsini ehtiyacı vardır. Bu cür vəziyyətlərdə mühakimə etmədən və sorğulamadan yalnız dinləyin.
5. Cəsarətləndirin
Dünyada cəsarət qırıcı kifayət qədər şey var onsuz da. Xəbərlər, qəzetlər, mövzu -qonşu, yoldaş - dost pis xəbərlər verib durmurlarmı? Yüksək potensialı olan çox adam, sırf cəsarət qırıcı şeylərdən ötəri müvəffəqiyyətsizliyə uğramaqdadır. Bu səbəblə ətrafınızdakı kəslərə dəstək olun, cəsarətlərini qırmayın, xəyallarına hörmət edin.
6. Komplimentləriniz səmimi olsun
Şişirtməyə qaçmayın,səmimi olmağa çalışın. Adamın görünüşü və ya hər kəs tərəfindən bilinən xüsusiyyətləri yerinə çox bilinməyən istiqamətlərini öyrənin. Onun üçün qiymətli olan fərdi xüsusiyyətlərinə əhəmiyyət verin. Məsələn, müsbət düşüncəli olmağına. İltifat seçəcəksinizsə, bunun haqqında gözəl şeylər söyləyərək təqdim edin.
7. Sürətli və praktik həllər gətirin
Bəzən qarşınızdakı adamın cəsarətə deyil, praktik həll yollarına ehtiyacı vardır. Bir kağız dəsmal, bir stəkan su və ya sərinləmək üçün bir yelpik. Bəlkə də avtomobildən enərkən tarazlığını itirməmək üçün əlinizi tutmaq istəyir. Bu növ praktik yardımlara oyanıq və istəkli olun.
8. Perspektivinizi bölüşün
Bəzən birəni dəvə edərik. Bəzən də ciddi mövzuları yüngül qarşılayarıq. Qarşınızdakı adamın bu səhvə yol verdiyini görsəniz, öz fikirinizi deyin. Beləcə həmsöhbətinizin özünü çox üzən vəziyyətin əslində, gülüb keçiləcək bir şey olduğunu görməsini təmin edərsiniz.
9. Müsbət duyğular inkişaf etdirin
Duyğular yoluxucudur. Müsbət düşüncəni bulaşdırmaq üçün də müsbət və optimist yanaşma inkişaf etdirin. Gülümsəməklə yanaşı həyata dəyər verin, müsbət xatirələrınizi xatırlayın. Gündəminizdə onlar olsun. Beləcə müsbət duyğu və düşüncəyə doğru sıçrayış reallaşdırarsınız.
10. Kiçik nəzakət qaydalarını unutmayın
Qapıdan içəri girərkən prioriteti yanınızdakı adama verin. Nəsə yeyirsizsə ikram edin, avtobusda yaşlı ya da ehtiyac halında olanlara yer verin, qapıdan keçdikdən sonra dərhal ardınızda birinin olduğunu fərq etsəniz qapını tutun. Bunlar kiçik amma incə şeylərdir; diqqət etdiyiniz təqdirdə nəzakətinizlə qarşınızdakını məmnun etməklə qalmaz, sehirləyərsiniz.
11. Müsbəti başqalarına keçirin
Bir yoldaşınız sizə müsbət bir şey söylədi ya da belə bir hərəkət edibsə, sizə keçən bu müsbət ruh halını siz də başqalarına keçirin. Gözəl bir şey söyləyin, bir jest edin ki, müsbət zəncir sürətlə ətrafınızda böyüsün.