Müsbət enerjini çıxara bilmək üçün bunlar lazımlıdır: Bir şeyi istəmək, nəticəni xəyal edə bilmək və edə biləcəyimizə inanmaq.
Təhsil həyatımız boyu davam edir. Stress zehində düşüncə pozğunluqlarına gətirib çıxararkən təhsildə məhsuldarlığı azaldır. Müsbət enerji, həyata müsbət baxan, inanan və bacarmaq istəyən, öyrənmək üçün bir məqsədi olan kəslərdə daha çoxdur. Bu da təbii olaraq uğur qazandırır. İş həyatında adətən sosial, enerjili adamlar daha uğurlu olurlar. İş bağlı insanlar isə müvəqqəti bir uğur əldə etsələrdə sağlamlıqları yol vermədiyində bu uğursuzluqla əvəz olunur. Müsbət enerjisini istifadə edən, insanlarla gözəl dialoq və ünsiyyət quran kəslər daha qərarlı bir uğura imza atırlar.
Təbii fəlakətlər, bəzi xəstəliklər, ölümlər, qəzalar, həyatın bir hissəsidir. Bununla birlikdə insan həyatda məqsədini və sərhədlərini bilərək həyata nə qədər müsbət yanaşarsa, müsbət tərəfləri daha çox görər və öhdəliklərinin fərqində olarsa çətinliklərlə daha asan başa çıxa bilər. Bu halda uğursuzluqdan sonra yaşanan stress pozğunluğu ya heç görülməz ya da daha asan bərpa edilər. Bu kimi vəziyyətlərdə professional kömək və tibbi müalicə alınarsa daha qısa müddətdə nəticə əldə olunar. İnsan müsbət enerjisini ortaya qoyaraq, yəni hadisələrə ümidlə yanaşaraq və yaxşılaşacağına inanaraq xərçəng kimi ciddi xəstəliklərə də qalib gələ bilər. Müsbət enerji infeksiya xəstəliklərinin müalicəsini də asanlaşdırır.