Motivasiya Qazandırma Üsulları

0
2408
Motivasiya Qazandırma Üsulları

Motivasiya mövzusunda bir çox təklif oxudunuz. Bir çox fikir eşitdiniz. Bu yazımızda olduqca maraqlı motivasiya qazandırma üsullarını tapacaqsınız.

1.Bir proqram firması olan BMC Hyustondakı şüşə qüllələrində hər mərtəbədə geniş bir mətbəx var. Çalışanlar içi təzə meyvə, partlamış qarğıdalı, soda, sendviç və s. dolu soyuducudan istədiklərini seçib pulsuz ala bilərlər.
 
Öz qəhvələrini istədikləri kimi, damaq dadlarına görə hazırlayırlar. Dəhlizlərdə isə masaj salonunun yerini göstərən oxlara qonaqlar çox təəccüblənir. Giriş qatında bir pianoçu Steinway-ın rahatlıq verən musiqsi ilə hər səhər əməkdaşları salamlayır. Bir vəzifəli işçilərin arabasını yuyub, yağını dəyişir.
 
2.San-fransiskodakı Businessbots adlı proqram firması, əməkdaşları üçün heykəl kursları keçirir. Bu firma həftədə 60 saat işləyən kadrlarının çox işləməsindən şikayətlənir, onların çöldə daha çox vaxt keçirməsini istəyir. Buna görə həftədə yarım gün istəyən öz-özünə icazə verib işə gəlmir.
 
3.Roper Strarch Worldwide adlı araşdırma firması, çalışanların 38 faizinin eyni iş yerində çalışan biri ilə çıxdığını göstərir. Amerikanın tanınmış proqram firmalarından SAS subay işçiləri yeni insanlarla görüşdürməyi hədəfləyən, şirkət daxilindəki "minala" adlı qrupu dəstəkləyir.
 
Amerikanın ən yaxşı 100 şirkətindən 46-sı işçilərini evdə yemək bişirmə zəhmətindən xilas etmək üçün onlara evlərinə aparacaqları hazır yeməklər verir.
Google-dan sonra bir çox firma iş şəraitlərini bənzər şəkildə yaxşılaşdırmağa başladı.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN