Möhkəm Dostluğun Sirrləri

0
3122
Möhkəm Dostluğun Sirrləri

1.Yanınızdakı yaxın sirdaşınıza ona dəyər verdiyinizi hiss elətdirin. Dostunuzun köməyə ehtiyacı olmasa belə, hər zaman onun yanında olub, ona dəstək olun.

2. Ona kömək etmək istədiyinizi bildirin.
Bəzi insanlar kömək istəməyi bacarmırlar . Kömək istəmək onlar üçün çətin olur. Yanındakı insanları narahat  etmək istəmirlər . Siz bunu elə etməlisiniz ki, o utanmasın və köməyinizi ürəklə etdiyinizi görsün . 
 
3. Qarşınızdakı insanı diqqətlə dinləməyi bacarmalısınız. 
Əgər dostunuz probleminin həllində sizə ehtiyac duyursa, onu dinləyib yardım etməlisiniz. 
 
4. İmkan verin ki, dostunuz ürəyindəkiləri rahatlıqla sizə deyə bilsin.
Ondan soruşun ki, problemin varsa, çətinliyə düşmüsənsə mənə deyə bilərsən . Əlimdən gələni etməyə hazıram.Bu zaman o sizə inanib hər şeyi danışacaq.
 
5. Sirr saxlamağı bacarmaq lazımdır.
Dostunuzun şəxsi söz söhbətini gizlin saxlamağı bacarmalısınız . Bunu başqaları ilə bölüşmək düzgün olmaz. 
 
6. Öz sərhədlərinizi bilin.
Yaxın insanınız düzgün hərəkətlər etmirsə, səhv addımlar atırsa ona kömək etmək üçün lazım gələrsə profesional insanlara belə müraciət edin.
 
7. Sevdiklərinizi qınağa tutmamağa çalışın.
Misal üçün, ona nəyisə edəndə deməyin ki, düzgün etmirsən . Çalışın ortaq yol tapasınız.
 
8. Ətrafınızdakı insanların güvənini qazanmağa çalışın.
Dostunuza sevgi və qayğı göstərsəniz onun inamını qazana bilərsiniz.
 
9.Öz ağlınızdakıları başqalarının beyninə salmaq düzgün deyil.
Doğru hər zaman doğrudur. Əmr vermək yerinə məsləhət verin. Bu zaman bu sözlərdən istifadə edin: "Mənim nəzərimcə" , "Mənim fikrimcə".
 
10. Onun kefini pozacaq sözləri işlətməyin.
Sizinlə problemini bölüşəndə ona qulaq asın . Onun üzərində hökm yeritməyə çalışmayın. Lazım gələrsə, onunla dərd sirdaşı olun və düzgün yolu tapmağına kömək edin.
 

ŞƏRH YAZIN