Mənfi Düşünən Insanların Söylədikləri Yalanlar

0
4179
Mənfi Düşünən Insanların Söylədikləri Yalanlar

Həyat deyilən bu yerdə mənfi düşünən və bunları ətrafına yayan insanlarla qarşılaşacaqsınız. Əsas odur ki, bu insanların özlərinin də inandığı bu yalanlara inanıb-inanmamanızdır. 

Yalanlar səadətinizi əlinizdən alar, sizə təsir göstərər və nəticədə həyatınızda yaxşılaşması çətin olan yaralar açar.
 
"Nəyi səhv etdiyini bilirəm."
 
Bir insan ilə danışdığınız zaman başlıq sözü eşitdiyiniz mərhələ olduqca əhəmiyyətlidir. Bir insan daha birinci və ya ikinci görüşünüzdə sizə "Sənin nə üçün uğurlu olmadığını bilirəm" deyirsə, böyük ehtimalla yalan deyir. Fikirləri doğru və ya səhv olsa belə bunu fərqli şəkildə təsdiq etməlisiniz. Başqa birinə bu ritorikanı çatdırmalı və doğruluğunun ardınca qaçmalısınız. Özünüzə inanmalı və vicdanınızı təmiz saxlamalısınız. Sizin həyatınıza yeni daxil olmuş biri heç vaxt sizin harada səhv etdiyinizi bilə bilməz.
 
"Bunları etməlisən, yoxsa uğursuz olacaqsan."
 
Digər klassik yalanlardan biri daha. Bu sadə bir yalandır, çünki heç kəs başqasının təqib etdiyi yolu izləyərək uğura çata bilməz. Eyni uğura çatmaq üçün sınanması lazım olan bir çox fərqli yol vardır və təqib edəcəyiniz yolların hamısı sizin üçün xüsusidir.
 
Bu yalana inanmadan yolunuza davam edin. Nə etməniz lazımdırsa onu etməyə və sınamağa davam edin. Qısa bir müddət sonra onsuz da harada səhv etdiyinizi özünüz tapa bilərsiniz.
 
"Hazır deyilsən."
 
Əsaslı söz kimi bir yalan. Biri bunu sizə deyirsə və ortada bir qrup filan varsa, sizi istəmir, ancaq bilavasitə bir şəkildə yalan deməyə üstünlük verir deməkdir. İnsan heç də hər şeyə hazır ola bilməz. Hər kəsin başlanğıc üçün bir şansa ehtiyacı var və hər kəs yola müəyyən bir nöqtədən başlayır.
 
Şansınızı başqasının əlinə buraxmaq əvəzinə özünüz yaratmağa çalışın. Sadəcə sınayın. Müvəffəqiyyətsiz olsanız belə bir şey itirməyəcəksiniz. Təcrübə sahibi olarsınız və bir növbəti sınaqda daha sağlam addımlar atarsınız.
 
Ancaq unutmayın, "hazır olmamaq" daima məşq və çalışmaq tələb edən şəraitdə bir yalan deyildir. Bir şeyləri bacara bilmək üçün çox çalışmalısınız və ya etməyiniz lazım olan bir çox şey varsa və siz bunları görmürsünüzsə, həqiqətən hazır deyilsiniz deməkdir.
 
"Sevgi yalandır."
 
Sevgi yalan olsaydı bizlər həmişə pisliklə məşğul olan canlılar olardıq. İnsanlar sevginin əzab verdiyini çox tez-tez dilə gətirirlər. Bu fikirlərə əhəmiyyət verməyin, bunun əvəzinə onlara yardımçı olmağa çalışın.
 
Bəzi hallarda sevgi həqiqətən əzaba çevrilə bilər. Sevgi əzab verər, dərd olar, əziyyət olar, ancaq heç vaxt fərqli bir istiqamətə dönməyi düşünməyin. Əgər fərqli istiqamətə üz tutsanız ümidsiz halda bir iş görmüş olarsınız və özünüzü bataqlığa çəkərsiniz.
 
"İşə yaramazsan."
 
Xeyr, işə yaramaz deyilsiniz. Beş duyğu orqanınız var, bir beyniniz və bir ürəyiniz var. Düşünmə şansına sahibsiniz və fiziki olaraq düşündüyünüzü dəstəkləyə bilərsiniz. Bunları edə biləcək gücə sahibsiniz!
 
Bu vəziyyətdə necə işə yaramaz ola bilərsiniz? Bir çox fərqli istiqamətdən işə yararlı ola bilərsiniz, ancaq yalançı insanların düşündüyü cəhətdən işə yaramaya bilərsiniz. Bunu sizə deyən adamlar dar görüşlü və əsəbi adamlardır. Bu onların problemidir, sizin deyil.
 
"Xoşbəxt olmaq üçün mütləq bunları etməlisən."
 
Məktəbə gedin, yüksək gəliri olan bir işə girin, evlənin, pul sahibi olun, maşınınız olsun, eviniz olsun, istirahət edin, onu alın, bunu alın, elə edin, belə edin.
 
Xoşbəxt olmaq üçün bunlara ehtiyacınız yoxdur! Həyatınızda yer alan hər şeydən xoşbəxt ola bilərsiniz. Xoşbəxt olmaq üçün qətiyyən bir şeylər etməyinizin lazım olduğu böyük bir yalandır. Bir şeyi etmək istədiyiniz halda edə bilmədikdə təbii olaraq məyus olarsınız. Digərlərinin bu barədə nə düşündüyünü məhz bu səbəbdən istisna etməlisiniz, çünki onlar sizi xoşbəxt edən şeylərin nə olduğunu heç vaxt bilə bilməzlər.
 
"Bunu başqası üçün etmərəm qədrimi bil."
 
Bu adətən bir sıra kommersiya hallarda etibarlı bir yalandır. Bir nəfər sizin üçün bir iş görəcəksə, bu cümləni dəfələrlə dilə gətirə bilər. Bu cümlə sizi xoşbəxt edə bilər ancaq ortada bir səbəb yoxdursa, bunu deməyə o qədər də ehtiyac yoxdur. Bu cümlədən sonra yenə müxtəlif yalanlar gələcəkdir. İşin ucunda pul varsa, əvvəl bu yalanı, sonra böyük ehtimalla ikinci maddədəki yalanı eşidərsiniz.
 
"Ağılsızsan."
 
Bir çox insan özünü düzəldəcək bir çox qüsura malik ola bilər. Ancaq heç kəs ağılsız deyildir. Sizin ağlınızı mühakimə etməyə çalışanlar olsa, heç vaxt bunu etmələrinə icazə verməyin. Öz yolunuza baxın. Sual verməyə davam etdiyiniz müddətdə bir şeylər öyrənməyə davam edərsiniz və əsla ağılsız olmazsınız.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN