Maşın sürərkən yuxunuzuz gəlməməsi üçün..

0
2912
Maşın sürərkən yuxunuzuz gəlməməsi üçün..

Avtomobil idarə edənlərin ortaq problemlərindən biri də sükan arxasında yuxulamaqdır. Avtomobili olan hər bir kəsin başına ən az bir dəfə bu hadisə gəlib. Sürücülər bəzən çalışsa da, bu yuxunu dəf edə bilmirlər. Bəs nə etməli? 

1. Maşını sürərkən yuxu sizə qalib qəlirsə, dərhal dayanmaq və tünd çay, yaxud qəhvə içmək lazımdır.
 
2. Uzunmüddətli səfərdən qabaq çoxlu yemək olmaz, çünki tox adam maşının isti salonunda yuxuya daha çox meylidir, nəyinki ac adam.
 
3. Maşının salonunda tam süküt tez yuxu gətirir. Belə ki, musiqi yuxudan qoruya bilər. Ritmik və sürətli musiqini seçib, səsini uca verin. Sakit musiqi əks nəticə verə bilər. Yan tərəfdə əyləşən sərnişinin olması da pis deyil. 
 
4. Əgər yuxu sizə yavaş-yavaş qalib qəlirsə, bu halda mütləq dayanıb, bir az yatmaq lazımdır. 
 
5. Həmçinin dayanarkən maşından çıxıb soyuq su ilə üzünüzü yuyun, bununla yuxunu qaçırdarsız.
 
6. Maşını sürərkən az bir müddətə maşının pəncərəsini açın, bununla siz maşının salonuna sərin və təmiz havanın daxil olmasına nail olarsınız.
 

ŞƏRH YAZIN