Kiçik Olmağına Deyil Gücünə Və Dəyərinə Baxın.

0
3331
Kiçik Olmağına Deyil Gücünə Və Dəyərinə Baxın.

Ən yaxşı şeylər kiçik boxçalarda daşınarmış.

Kiçik bir bədən çox zaman böyük bir ruha vasitəçilik edər.
 
Kiçik balıqlar ləzzətli olar.
 
Oda kiçik odunlar atılarsa, alovlar artar, böyük odunlar alovu  söndürə bilər.
 
Hər kiçik şey mütləq işə yarar, bir çox kiçik şey bir böyük edər.
 
Sağanaq dediyimiz kiçik damcılardan ibarətdir.
 
Balaca bir yağış iri bir toz buludunu yox etmə gücünə malikdir.
 
Böyük bir aydınlıq kiçik bir dəlikdən görülə bilər.
 
Bütün biçin bir qığılcım üzündən əldən gedə bilər.
 
Böyük bir gəminin batması üçün kiçik bir dəlik kifayətdir.
 
Çox verən malından, az verən canından verər.
 
Yükdə yüngül olmaq dəyərdə ağır olmağa maneə deyil.
 
Dəvə böyükdür, amma ot yeyərmiş, şahin kiçikdir, lakin ət yeyərmiş.
 
İnsan kiçik bir adama yaxşılıq toxunduğu zaman səxavəti öyrənə bilər, böyük adama yaxşılıq edərsə, öyrənəcəyi şey iztirab olar.
 
Böyük adamın böyüklüyü davam edirsə, bunun səbəbi onun kiçik adamlara göstərdiyi qayğıdır.
 
Böyük maşınları kiçik çarxlar işlədər.
 
Kiçik başlanğıclar olmadan böyük nəticələr meydana gəlməz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN