Həyatınızı dəyişəcək qaydalar

0
3018
Həyatınızı dəyişəcək qaydalar

Təsəvvür edin ki, sizin yüzlərlə, minlərlə insanın təcrübəsinə çıxışınız var və həmin insanlar öz təcrübə və biliklərini bölüşməyə can atırlar. Onlar həyatınızı dəyişdirə biləcək – tənbəlliklə mübarizə aparma metodları, maraqlı fənd və məsləhətlər haqqında müzakirə apara bilərlər. Biz həmin insanların öz həyatlarını necə dəyişdikləri haqqında ümumi fikirlərini diqqətinizə çatdırmaq istərdik.
 
20 dəqiqə qaydası
 
Hər gün işdən sonra evə gələndə heç bir şey etmək istəmirəm. Etmək istədiyim yeganə şey divana uzanmaq, seriala baxmaq və ya Facebook profilimi yoxlamaqdır. Mən elə bir neçə il belə də edirdim. Lakin bir neçə il əvvəl mən bu pis vərdişi “20 dəqiqə qaydası” ilə əvəz etmək qərarına gəldim. İndi mən evə gələndə heç olmasa 20 dəqiqəni aşağıda sadaladığım işlərlə məşğul olmağa sərf edirəm:
 
kitab və ya maraqlı məqalə oxumaq
 
şahmatla məşğul olmaq
 
Duolingo saytına baş çəkmək
 
meditasiya ilə məşğul olmaq
 
proqramlaşdırma ilə məşğul olmaq
 
Bu siyahını özünüz və maraqlarınıza görə uyğunlaşdıra bilərsiniz. Lakin yadınızda saxlayın ki, bu siyahıya seriallar, filmlər və faydasız məşğuliyyətlər daxil olmamalıdır. Yalnız 20 dəqiqəlik limiti aşdıqdan sonra istədiyiniz digər işlərlə məşğul ola bilərsiniz. Əgər siz hiss edirsinizsə ki, heç 20 dəqiqə vaxtınızı belə ayıra bilməyəcəksiniz, onda gedin yatın.
 

ŞƏRH YAZIN