Həyatı Xoşbəxt Keçirmək İstəyənlərə Dəyərli Məsləhətlər

0
3020
Həyatı Xoşbəxt Keçirmək İstəyənlərə Dəyərli Məsləhətlər

Həyat sürətlə keçir. Hər kəs xoşbəxt bir həyat yaşamaq istəyir. Ancaq çox insan xoşbəxtliyi qaçırır. Gündəlik həyatınızda daha xoşbəxt ola bilməyiniz üçün edə biləcəyiniz bir neçə əsas məlumatı bir araya gətirdik.

1.Kəşf edin.
 
Mədəni fəaliyyətləri dəyərləndirin.
Hansı şəhərdə yaşamış olsanız da, həftədə bir, iki həftədə bir, ya da ayda bir mütləq bir sərgiyə getməyə və insanların yaradıcılığından qidalanmağa çalışın. Sənət, xüsusi və təbii ki gözəldir. Dünyada gözəlliyi şərh etməkdən və onu öz çərçivəndə əks etdirə bilməkdən daha xüsusi bir şey yoxdur. Bu hissi yaşamağınız üçün məşhur bir rəssam, heykəltəraş və ya musiqiçi olmağınıza ehtiyac yoxdur. Toxunmaq, eşitmək və görmək yetərlidir, bu əsərlər yaradıcılığınızı artıracaq və sizi fərqli düşünməyə sövq edəcəkdir.
 
2.Özünüzə vaxt ayırın.
 
İş həyatı, məktəb həyatı və yükləndiyiniz müxtəlif məsuliyyətlər, çox vaxt özünüzə etinasızlıq etməyinizə səbəb ola bilər. Özünüzə ayıracağınız bir neçə saat, öhdəliklərinizdən ayılıb sadəcə xoşbəxtliyiniz üçün edəcəyiniz bir neçə fəallıq, həftənizin çox daha fərqli keçməsini təmin edə bilər. Özünüzə xüsusi bir baxım günü elan edə bilər, tək başına edə biləcəyiniz  bir fəallıq tapa bilər, ya da bir hobbi əldə edə bilərsiniz.
 
3.Hiss edin.
 
Təbiəti dinləməyi unutmayın.
Şəhərin qarışıqlığı və gurultusundan uzaq bir səhər keçirmək üçün yaxınlarınızda  olan bir parka gedin. Ayaqqabılarınızı çıxarın və çəmənliklərin ayaq dabanlarınızda qoyduğu möhtəşəm hislə enerjiniz yüksəlsin. Çoxumuz, iş həyatına atıldıqdan sonra, ya da bir təcrübə dövründə, məktəb dövründə təbiətə qulaq asmağı unuduruq. Şəhər həyatının və sıx tempinin sizi qəfəsinə almasına icazə verməyin və təbiəti, təbiətin parlaq rahatlığını hiss etmək üçün səy sərf edin.
 
4.Bölüşün.
 
Dostlarınıza qarşı laqeydlik etməyin.
Gərgin keçən bir günün ardından yoldaşlarınızla görüşə qədər yorğun ola bilərsiniz, lakin buraxın bu gün 3 saat daha az yatın. Dostluğun verdiyi enerjinin və xoşbəxtliyin buna dəydiyini görəcəksiniz. Həyatın stresini üzərinizdən atmaq üçün bölüşün. Özünüzdən uzaqlaşıb bir az dostlarınızın həyatına daxil olun.
 
5.Yan xarakter olmağı da bilin.
 
Həmişə baş rol olmaq sizi yora bilər, bir az yan xarakterləri oynayın və yalnız baş rolun ən yaxın dostu, ən yaxın iş yoldaşı, ya da qapı qonşusu olun. Özünüzə kənardan baxın və sizi yoran hər şeyi bir adilik olaraq görüb razılaşın və iç dünyanız asanlaşacaq. Yaxşı gələcək, görəcəksiniz.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN