Həyatı Axışına Buraxın

0
3476
Həyatı Axışına Buraxın

Bəzən həyat planlaşdırdığımız kimi getmiyə bilər. Çünki çox şey bizim əlimizdə deyildir. Sevgi münasibətində də belədir, aşiq olursunuz,bağlanırsınız,inam bəsləyirsiniz.Daha sonra sevgi bitir, bütün ümidləriniz puç olur, sanki bütün həyatınız qaralır. Sonu kədərlə bitən əlaqənin ardından özünüzü sorğulamağa başlamaq, zamanınızın qiymətli dəqiqələrindən alacaq. Onu davamlı sorğulamayın, didikləməyin, düşünməyin. Axışına buraxın.

1.Qısqanclıq hisslərinizi cilovlayın.
Əlaqədə qısqanmağa qarşı immunitet qazanmayın. Bu vəziyyəti qəbul etmək özünüzü zəncirlərə həbs etməkdir. Sevdiyimiz kəsləri paylaşa bilmirik amma onu boğmanın nəticəsinin itirmək olduğunun şüuruna varın. Davamlı aldadırmı, görəsən kiminlə, nə edir deyə düşünərək, öz həyat sahənizi məhdudlaşdırırsınız. Qısqanmaq bir sevgi göstəricisi deyil.
 
2.Özünüzə yazığınız gəlməsin.
Ortaq istiqamətlərinizin olması, ortaq inanclarınız olması və onun həyatınızın eşqi olduğuna inananmanız gələcəyə dair planlarınızı onun üzərinə etmənizi təmin edər. Amma unutmayın ki, eyni dinə inanan və ortaq istiqamətlərinizin eyni olduğu tək adam o deyil.
 
3.Heç vaxt başqasına bənzəməyə çalışmayın.
Sevdiyiniz insana xoş görünmək üçün başqa birinə bənzəməyə çalışarkən, öz mənliyinizdən uzaqlaşdığınızın fərqindəsinizmi? Bu an nə etdiyinizin fərqinə varın.Özünüzü hər şeydən üstün tutun.  
 
4. Gileylənməyin.
Münasibətinizin bitməsi sizə ağlamaq və gileylənmək haqqını vermir.Çevrənizə baxıb bu gün nələr qaçırdığınızın fərqinə varın. Həyatdakı hər bir şey gözəldir və bu gözəlliklərdən zövq almağı bacarın.
 

ŞƏRH YAZIN