Həyata Bəslədiyimiz Sevgi

0
2080
Həyata Bəslədiyimiz Sevgi

Əgər həyatı sevmək bir peşə olsaydı insanlar onu öyrənmək üçün yəqin ki, can atardılar.Başa düşsəydilər əgər, bəlkə də əldə etmək üçün fani olan  hər şeyin boş və mənasız olduğunu anlayardılar. Göy qurşağının, təbiətin gözəlliyini daha dərindən anlayıb, dərk edərdi. Sənət dediyimiz onu sadəcə görmək deyil həm də onu ürəyinin dərinliyi ilə hiss edə bilməkdir. O hissin içində olmaq sevgiyə bütün qapılarını sonsuza qədər açmaqdır əslində. Çünki, insan bilmədiyi bir şeyi əsla sevə bilməz . Dünyanın gözəl tərəflərini görə bilmək , onu hiss edə bilmək  edilən əzmkarlığın nəticəsidir. 

Həyatı sevməyində bir sənəti var. Bu sənətin dərinliyinə çatmaq üçün bunu hər gün təkrarlamaq lazımdır. Yaşadıqlarımızın sintezi nəyi nə qədər bildiyimizdir. Təəssüflər olsun uğur, pul və digər fani olanların qarşılığında sevginin  varlığını unuduruq.
 
Zəhmət çəkmədən bir uğuru əldə edə bilmədiyimiz kimi , bu zəhməti sevgi üçün xərcləsək özümüzdə bilmədən içimizdən bildiklərimizi, bacarıqlarımızı paylaşmaq gələr. Sevgidən güc doğur, sevməmək isə gücsüzlüyün göstəricisidir. Bir insanın bir başqasına verdiyi ən dəyərli mənəviyyat , öz həyatından başqalarına vere biləcəyi bir şeylərdir.İçində yaşatdıqlarıdır,sevincidir, diqqətidir…
 
Bu həyatda sevməyə və sevilməyə haradan başlamışıq?
 
Körpəliyimizdən, analarımızdan başlayır məsəl üçün. Hz. Məhəmməd cənnət analarımızın ayaqları altındadır deyibdir hədislərinin birində. Ən saf , ən təmiz hissdir analıq hissi… Paylaşa bilmək hissi də elə buradan başlayır. Analarımızın sevgisindən bu həyat da yola çıxaraq bir çox şeylər öyrənirik.
 
İnsan sevgini anasından, ailəsindən alaraq həyatı boyunca onu başqalarıyala paylaşar. Yolunuzun çiçəklərlə dolu nağıl dünyasında olduğunu düşünün və bir məsuliyyətiniz var. O yolda gəzərkən oradakı insanlara hörmətlə yanaşmalısınız. Siz bunu etdiyiniz müddətcə digərləri də sizə hörmət göstərəcəklər. Sevgi ilə təbəsssümünüzü əsirgəməyərək və lazım gələrsə bildiklərinizi təcrübələrinizi paylaşacaqsınız.
 
Dünyaya analarımızın yanındaymış kimi güvən hisi ilə baxa bilmiriksə, o zaman hərəmiz öz üzərimizə düşən borcumuzu yerinə yetirməliyik. Əgər dünyanı dəyişdirmək, əlimizdən gələni etmiriksə, şikayət etməyimiz yersizdir.Həyatı və insanı sevmək istəyiriksə, güvənlə və xoşbəxt yaşamaq istəyiriksə bunu başqalarının üzərinə atmaq , kənardan izləmək yalnışdır. Qonşunuzu özünüzü sevdiyiniz qədər sevməyi öyrənin. Buna cəhd edin. İnsanın xoşbəxt olması tamamən özünə bağlı bir şeydir. Əgər bir kəs  insanları , ətrafını , həyatı sevməyə cəhd etsə həyatın da hər şeyin tamamən yaxşılığa doğru dəyişdiyini görəcək….
 

ŞƏRH YAZIN