Hər Şey Öz Əlimizdədir!

0
1974
Hər Şey Öz Əlimizdədir!

Dəyərli yazıçı Oshonun gözəl bir sözü vardır : "Həyatda hər şey balacadır, onları bizlər böyüdürük"!

Həqiqətdə də bu belə deyildirmi? Bizim baxış tərzimiz,bizim tənqidlərimizə və dəyərləndirmələrimizə görə böyüyüb kiçilmirmi hadisələr?
 
Çox kiçik problemlər dağ kimi şişirdilməzmi?Ya da  çox kiçik sevinclər bütün varlığımızı bütünləşdirməzmi?
Həyata necə baxırıqsa baxaq, həyat elə olduğu kimidir!
 
Həyatı fərlqli etmək, axışı istiqamətləndirmək fərdi olaraq bizim gücümüz buna çatmaz.Bu anda dünyanı dəyişdirmək və öz xoşbəxtliyimizi təmin edəcək şəkildə işləməsini proqramlaşdırmaq mümkün olmadığına görə, bədbəxtliyi tale kimimi qəbul edəcəyik?
 
Əlbəttə ki xeyr!
 
Biz həyatımızı dəyişdirə bilmərik amma düşüncə tərzimizi və münasibətimizi dəyişib başqa cür istiqamətləndirə bilərik.
Bunu necə edə bilərik ?
 
Həqiqətən böyüdülməməsi lazım olan kiçik problemləri böyütməyərək.. Xoşbəxtliyə daha çox yer verərək...Kiçik gördüyünüz xoşbəxtlik mənbələrini bəsləyib böyüdərək...Onları zehnimizdə yenidən təhlil edərək..
 
Bir salam,bir gülümsəmə, kiçik bir kömək, nə qədər böyük və dəyərlidir. Fərqində olaraq!...
 
Böyütmək və kiçiltmək əlimizdədir, bunu dərk edərək...
 
Varlı olmaq və yaxud hər hansı bir imperator olmaq bizim əlimizdə deyildir. Xoşbəxt olmaq və qəmgin olmaq isə bizim əlimizdədir.Varlı olmaq və ya imperator olmaq nəticədə xoşbəxt olmaq üçün istənilən hallardır. Aradakı fərqə baxın. Xoşbəxt olmaq üçün istədiyimiz vasitələri seçmək əlimizdə deyilkən, xoşbəxt olmağın özü öz istəklərimizə bağlıdır.
 
Hər zaman betərin də betəri vardır. Olduğumuz vəziyyəti qəbul edərək, şükr etməyi də unutmayaraq  və olan şeyin olması lazım olan şey olduğunun fərqinə vararaq yaşamaq, həyatı bizə verilən bir hədiyyə olaraq görmək xoşbəxtliyin əsas mənbəyidir.
 

ŞƏRH YAZIN